SON DƏQİQƏ
» » İstintaq təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb

İstintaq təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb

Tarix:

10-09-2019, 16:30

/ 1 165 dəfə oxundu.
İstintaq təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən GunAz.az-a bildiriblər ki, Cinayət Məcəlləsinin 126.2.4-cü və 228.4-cü maddələrinə əsasən təqsirli bilinərək yeddi il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Zərbəliyev Məhəmmədəli Rövşən oğluna xalası oğlu Laçın rayon sakini Fehruzlu Xaliq Natiq oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı “Bismak Moskva” sözləri yazılmış peçenyenin içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə bir ədəd “Nokia” markalı mobil telefon aparatı və bir elektrik qidalandırıcısı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ