SON DƏQİQƏ
» » Təcridxanaya tortun içində telefon keçirmək istədilər (FOTO)

Təcridxanaya tortun içində telefon keçirmək istədilər (FOTO)

Tarix:

30-01-2017, 20:50

/ 3 983 dəfə oxundu.
Təcridxanaya tortun içində telefon keçirmək istədilər (FOTO)

Bakı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb.
Ədliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmətin Baş idarəsinin və Bakı İstintaq təcridxanasının əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Cinayət Məcəlləsinin 120.2.2; 120.2.2 və 221.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Ağayev Arif Abdulla oğluna Bakı şəhəri Xəzər rayonu Binə qəsəbə sakini Əliyev Nizami Kəriməli oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan tortun altında sellofana bükülərək xüsusi üsulla gizlədilmiş, daxilində "Sim” danışıq kartı olan bir ədəd "Samsung A5” və daxilində "Sim”danışıq kartı olan bir ədəd "Samsung A3” markalı mobil telefon aparatları aşkar edilərək götürülüb.
Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilib.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ