SON DƏQİQƏ
» » 18 yaşlı piyada yolu keçmək istədi, "VAZ"a hədəf oldu

18 yaşlı piyada yolu keçmək istədi, "VAZ"a hədəf oldu

Tarix:

17-08-2019, 10:53

/ 1 775 dəfə oxundu.
18 yaşlı piyada yolu keçmək istədi, "VAZ"a hədəf oldu

Tərtərdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

GunAz.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Bəyimsarov kəndində qeydə alınıb.

Yolun qarşı tərəfinə keçmək istəyən kənd sakini, 2001-ci il təvəllüdlü Rauf Hümbətovu "VAZ 2109" markalı maşın vurub.

Yaralı əvvəl Tərtər rayon, sonra Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ