SON DƏQİQƏ
» » Müdafiə naziri Çin səfiri ilə görüşdü - Foto

Müdafiə naziri Çin səfiri ilə görüşdü - Foto

Tarix:

14-06-2019, 15:57

/ 1 964 dəfə oxundu.
Müdafiə naziri Çin səfiri ilə görüşdü - Foto

Bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycandakı diplomatik fəaliyyəti başa çatan Çinin fövqəladə və səlahiyyətli səfiri Vey Cinhuan ilə görüşüb.

Müdafiə Nazirliyindən GunAz.az-a verilən məlumata görə, Azərbaycan ilə Çin arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini vurğulayan Müdafiə naziri bunun gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib.

Ölkəmizdə diplomatik fəaliyyəti müddətində Azərbaycan-Çin hərbi əlaqələrinin genişləndirilməsində göstərdiyi səylərə görə səfirə təşəkkürünü bildirən general-polkovnik Z.Həsənov ona gələcək işlərində də uğurlar arzulayıb.

Diplomat isə öz növbəsində ölkəmizdən xoş təəssüratlarla ayrıldığını, Azərbaycan dövlətinin və xalqının daim səmimi dostu olaraq qalacağını bildirib.

Görüşdə, həmçinin ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq, o cümlədən Çinin Müdafiə nazirinin Azərbaycana planlaşdırılan səfəri ilə bağlı fikir mübadiləsi aparılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ