SON DƏQİQƏ

Bakıda Novruz tonqalları alovlandırıldı

Tarix:

20-03-2019, 22:00

/ 10 267 dəfə oxundu.
Bakıda Novruz tonqalları alovlandırıldı

Novruz yüzilliklərdən keçərək bu günə qədər gəlib çıxmış ən gözəl bayramlardan biridir. 

Bu bayram bir çox türk və müsəlman ölkələrində, həmçinin Orta Asiya Respublikalarında və Azərbaycanda qeyd edilir. 

Novruz baharın gəlişindən xəbər verir. İnanclara görə Novruz insana və təbiətə həyat verən dörd ünsurun - suyun, odun, yelin və torpağın isinməsi deməkdir.

Novruz bayramını insanlar müxtəlif adət-ənənələrlə qeyd edirlər. Bir qayda olaraq insanlar bu gün tonqal üstündən atlanır, yumurta döyüşdürur, tüfəngdən atəş açır.

Novruz çərşənbələrində və bayram günü insanlar adətən böyük tonqal qalayaraq onun ətrafına toplanırlar. Qədimdən qalan bu adət indi də davam etdirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ