SON DƏQİQƏ
» » XİN xaricə səfər edən azərbaycanlılar üçün tövsiyələr hazırlayıb

XİN xaricə səfər edən azərbaycanlılar üçün tövsiyələr hazırlayıb

Tarix:

13-03-2019, 21:22

/ 10 300 dəfə oxundu.
XİN xaricə səfər edən azərbaycanlılar üçün tövsiyələr hazırlayıb

Xarici İşlər Nazirliyinin (XİN) təşəbbüsü ilə Azərbaycan vətəndaşlarının xarici ölkələrə səyahətlərinin təhlükəsiz və rahat keçməsi üçün zəruri tövsiyələrdən ibarət broşur və videoçarxlar hazırlanıb

 Zəruri tövsiyələr Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) həyata keçirdiyi  layihə çərçivəsində ərsəyə gəlib.

Layihənin əsas məqsədi vətəndaşlarımıza lazımı tövsiyələrin verilməsi yolu ilə cəmiyyətimizdə “səyahət mədəniyyəti” anlayışının təşviqi və inkişaf etdirilməsidir.

Belə ki, layihədə səfərdən öncə gediləcək ölkə və ya region barədə araşdırmanın aparılması, Azərbaycan Respublikası pasportundan istifadə, xarici ölkələrin diplomatik nümayəndəlik və konsulluqlarından vizaların əldə olunması üçün müraciətlərin düzgün tərtib və təqdim olunması qaydaları, səyahət sığortasının vacibliyi və bir sıra digər məsələlərlə bağlı tövsiyələr və faydalı məlumatlar əks olunub.

Broşur və videoçarxlar Azərbaycan Respublikası vətəndaşları üçün xarici ölkələrə səfər zamanı daha hazırlıqlı və bilikli olmağa yardımçı olacaq, həmçinin baş verə biləcək xoşagəlməz hadisələrin nəticələrinin aradan qaldırılması üçün mühüm rol oynayacaq.

скачать dle 12.1

Şərhlər