SON DƏQİQƏ
» » Ünvanlı sosial yardım almaq istəyənlərə VACİB XƏBƏR - VİDEO

Ünvanlı sosial yardım almaq istəyənlərə VACİB XƏBƏR - VİDEO

Tarix:

30-01-2019, 23:20

/ 10 642 dəfə oxundu.
Ünvanlı sosial yardım almaq istəyənlərə VACİB XƏBƏR - VİDEO

Ünvanlı dövlət sosial yardımını almaq daha da asanlaşıb. Bundan sonra sosail yardım üçünmüraciət olunərkən, torpağa dair çıxarış tələb olunmayacaq. Qaydalarda başqa yeniliklər də var.

 

GunAz.az xəbər verir ki, ünvanlı dövlət sosial yardımı üçün torpağa dair çıxarış tələb olunmayacaq.

Ünvanlı dövlət sosial yardımının alınması üçün elektron müraciət prosedurunun sadələşdirilməsi, aztəminatlı ailələrin sosial yardım proqramına daha rahat və asan müraciət edə bilmələri üçün daha bir addım atılıb. Artıq torpağın mülkiyyət hüququna dair çıxarışı olmayan şəxslər də ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edə bilərlər.

Müraciət zamanı sığortaedənin uçot nömrəsi əsasında avtomatik olaraq torpağın mülkiyyətçisi və payçıları haqqında məlumat əldə ediləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri Babək Hüseynovun sözlərinə görə, nazirlikdə komissiya və işçiq qrupu yaradılıb. Komissiya tərəfindən ünvanlı dövlət sosial yardımı üçün müraciətlərin daha da sadələşdirilməsi məqsədi ilə yeni qaydalar hazırlanır. Bu qaydalarda ünvanlı dövlət sosial yardımı üçün kənar qurumlardan tələb olunan məlumatların tam elektronlaşdırılması nəzərdə tutulub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ