SON DƏQİQƏ
» » “Star” Neft Emalı Zavodunun açılışı Azərbaycanın gəlirlərini artıracaq - EKSPERT

“Star” Neft Emalı Zavodunun açılışı Azərbaycanın gəlirlərini artıracaq - EKSPERT

Tarix:

20-10-2018, 15:24

/ 10 397 dəfə oxundu.
“Star” Neft Emalı Zavodunun açılışı Azərbaycanın gəlirlərini artıracaq - EKSPERT

“Star” Neft Emalı Zavodunun açılışı Azərbaycanın xaricdən əldə edəcəyi gəlirlərə təsir edəcək”.

GunAz.az xəbər verir ki, Bu barədə Publika.az-a açıqlamasında iqtisadi ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu zavodun inşası Azərbaycanın ölkə sərhədlərindən kənarda qoyduğu investisiya layihəsidir: “Bu zavodun fəaliyyətə başlaması Azərbaycan Dövlət Neft Şirkətinin gəlirlərini artıra bilər. Digər tərəfdən, bu Azərbaycan və Türkiyənin iqtisadi əməkdaşlığının daha bir uğurlu addımıdır”.

V. Bayramov qeyd edib ki, Azərbaycan Türkiyəyə ən çox investisiya qoyan 5 ölkədən biridir.

“Bu gün Azərbaycan Türkiyə iqtisadiyyatında aparıcı investorlardan biridir. Bu layihə həm ikitərəfli iqtisadi əməkdaşlığı artıracaq, həm də hər iki ölkə bu layihədən gəlirlər əldə edəcək”, - deyə o bildirib.

Qeyd edək ki, dünən Türkiyənin İzmir şəhərində “Star” Neft Emalı Zavodunun açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan iştirak edib.
“Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də qoyulub. Azərbaycan zavodun inşasına 6,3 milyard dollar kapital qoyub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ