SON DƏQİQƏ

Sürüşmə təhlükəsi olan ərazilər - SİYAHI

Tarix:

17-10-2018, 14:54

/ 10 302 dəfə oxundu.
Sürüşmə təhlükəsi olan ərazilər - SİYAHI

Bakının Səbayıl rayonu Badamdar qəsəbəsi-20-ci sahəni birləşdirən Bayıl şosesində aktivləşən sürüşmə prosesi artıq 17 gündür fasiləsiz davam etməkdədir.

GunAz.az xəbər verir ki, bu aktivləşmə Azərbacanda mövcud olan digər sürüşməyə meyilli əraziləri də gündəmə gətirib. Hazırda aktivləşmə təkcə Bayıl yamacında müşahidə edilsə də, Azərbaycanda sürüşməyə meyilli ərazilər az deyil.

Aparılan araşdırmalara əsasən, Azərbaycanda ən yüksək sürüşməyə meyilli ərazilər Böyük Qafqazın orta və aşağı dağlıq zonalarıdır.

Böyük Qafqazın Azərbaycan hissəsində son 18 ildə ən təhlükəli sürüşmə prosesi Qusar rayonunun Urva, Sudur, Elik kəndlərində, Quba rayonunun Dəlləkli, Küncüt, Güləzi, Afurca, Buduq kəndlərində, Muğanlı-İsmayıllı avtomobil yolunda, Quba-Xınalıq yolunun 29-cu km-liyində, Şamaxı rayonunun Muğanlı, Çağan, Çiçi kəndlərində, Ağsu və Şamaxı avtomobil yolunda və İsmayıllı rayonunun Xankəndi kəndində baş verib.

Bakıda isə son 18 il ərzində ən təhlükəli sürüşmə hadisəsi Bayıl yamacı, Nobel prospekti, Dilarə Əliyeva küçəsində, Xətai, Səbail, Sabunçu rayonlarında, Badamdar qəsəbəsində, Abşeron rayonunun Masazır qəsəbəsində və Bakı-Sumqayıt yolunda baş verib.

Son 15 ildəki sürüşmələrin çoxu 2010-cu ildən sonrakı dövrə aiddir. 2000-ci ildə yalnız Bayıl yamacında 1 (sürüşmə şəhərsalma qaydalarının pozulması, yamacın ağır yüklənməsi səbəbindən), 2005-ci ildə Bakının Nərimanov prospektində 2 (evlərin zirzəmilərinin su ilə dolması və Mikayıl Muşfiqin heykəlinin yanındakı çoxmərtəbəli evin bünövrəsində aparılan işlərlə əlaqədar) və Dilarə Əliyeva küçəsində 1 (tikinti zamanı 50 metrlik su kəməri borusunun partlaması nətiəsində) sürüşmə qeydə alınıb.

Araşdırmalar göstərib ki, Abşeron yarımadası, xüsusilə Bakı şəhəri şəhərsalma qaydalarının pozulmasına görə sürüşmə proseslərinə daha meyillidir.

Bundan başqa, Əhmədlidə "Ukrayna” meydanı, Günəşlidə Kərpic Zavodu ərazisi və Zığ yamacı da sürüşmə təhlükəsi olan ərazilərdir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ