SON DƏQİQƏ
» » Şamaxıda sürüşmə təhlükəsi problemlər yaradır

Şamaxıda sürüşmə təhlükəsi problemlər yaradır

Tarix:

14-01-2017, 18:42

/ 4 632 dəfə oxundu.
Şamaxıda sürüşmə təhlükəsi problemlər yaradır

Son beş ildə Şamaxının Muğanlı kəndində və Muğanlı-İsmayıllı avtomobil yolunda sürüşmə prosesi böyük problemlər yaradır.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Nəriman Paşayev bildirib.
Alim deyib ki, tədqiqatlara əsasən, hazırda Muğanlı kəndinin ərazisinin yarıdan çoxu və 50 ev, Saqiyan kəndində 18 ev sürüşmə sahəsində yerləşir. Şamaxı rayonunda aktivləşən 11 sürüşmə sahəsində 140 ev tamamilə yararsız vəziyyətə düşüb. Rayonun Dədəgünəş kəndində 39, Çağan-1 kəndində 7, Çağan-2 kəndində isə 8 ev sürüşmə sahəsindədir. Rayonun Miri, Meysəri və Cabani kəndlərində də sürüşmə sahəsində yerləşən evlər var.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ