SON DƏQİQƏ

Ordumuz gecə vaxtı döyüş atışları keçirib

Tarix:

21-09-2018, 13:07

/ 10 356 dəfə oxundu.
Ordumuz gecə vaxtı döyüş atışları keçirib

Genişmiqyaslı təlimlərin planına uyğun olaraq müxtəlif poliqonlarda gecə vaxtı və məhdud görmə şəraitində döyüş atışları icra olunub.

Müdafiə Nazirliyindən GunAz.az-a verilən məlumata görə, təlimlərə cəlb olunan qoşunlar silahlanmada olan müasir silah və hərbi texnikanın tətbiq ilə şərti düşmənin bütün hədəflərini məhv edərək qarşıya qoyulan tapşırıqları yerinə yetiriblər.

Qeyd edək ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə sentyabrın 17-dən Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb.

Sentyabrın 22-dək davam edəcək təlimlərə 20 mindən artıq şəxsi heyət, 200-dən çox tank və digər zirehli texnika, 120-dən çox müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 10-dək qırıcı və bombardmançı, 20-dək müxtəlif təyinatlı ordu aviasiyası cəlb edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ