SON DƏQİQƏ
» » Bakı-2017: Voleybol yığmamız da ən güclü oldu

Bakı-2017: Voleybol yığmamız da ən güclü oldu

Tarix:

18-05-2017, 23:27

/ 2 714 dəfə oxundu.
Bakı-2017: Voleybol yığmamız da ən güclü oldu

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qadın voleybolçuların yarışı başa çatıb.
Trend-in məlumatına görə, finalda Azərbaycan və Türkiyə komandaları qarşılaşıblar.
İlk setdə qalib gələn idmançılarımız ikinci setdə məğlub olsalar da, növbəti iki setdə türkiyəli rəqiblərinin müqavimətini qıra biliblər - 3:1.
Beləliklə, Azərbaycan İslamiadada 59-cu qızıl medalını qazanıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ