SON DƏQİQƏ
» » 1 tondan artıq yararsız at əti aşkar olundu - VİDEO

1 tondan artıq yararsız at əti aşkar olundu - VİDEO

Tarix:

5-12-2025, 16:02

/ 3 553 dəfə oxundu.
1 tondan artıq yararsız at əti aşkar olundu - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən (AQTA) istehlakçı hüquqlarının qorunması, təhlükəsiz və keyfiyyətli ərzaq məhsullarının satışının təmini məqsədi ilə birgə tədbirlər davam etdirilir.
Nazirlikdən GunAz.az-a verilən xəbərə görə, növbəti əməliyyat zamanı Yasamal rayonunda yerləşən ərzaq anbarlarının birində fəaliyyət göstərən ət kəsimi məntəqəsində mənşəyi məlum olmayan və qidaya yararsız at əti məhsullarının satıldığı aşkarlanıb. Nəticədə qanunsuz fəaliyyətlə məşğul olan iki nəfər-Kamal Əkbərov və Mehman Cəfərov saxlanılıblar. Sexə baxış zamanı 1 tondan artıq qidaya yararsız at əti aşkar olunub.
Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər mənşəyi məlum olmayan, qidaya yararsız at ətini keyfiyyətli mal əti kimi satışa çıxarıblar. Həmin ətlərdən nümunələr götürülərək Qida Təhlükəsizliyi Agentliyinin labaratoriyasına göndərilib.
Təyin olunan ekspertizalar zamanı aşkarlanan ətin qidaya yararsız olduğu təsdiq edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
скачать dle 12.1

Şərhlər