SON DƏQİQƏ
» » Nazir: “Saathesabı maaş sistemindən uzaqlaşmalıyıq" VİDE

Nazir: “Saathesabı maaş sistemindən uzaqlaşmalıyıq" VİDE

Tarix:

18-11-2025, 08:46

/ 3 651 dəfə oxundu.
Nazir: “Saathesabı maaş sistemindən uzaqlaşmalıyıq" VİDE

Mövcud saathesabı əməyin ödənilməsi sistemi saxlanılsa da, alternativ olaraq tamştatlı müəllim konseptini Azərbaycan məktəblərinə gətirmək üzərində işləyirik.
GunAz.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, məqsəd ondan ibarətdir ki, Azərbaycan müəllimi məktəbin tamhüquqlu bir hissəsi olduğunu hiss etsin: “Saathesabı maaş sistemindən uzaqlaşmalıyıq. Bizim təklifimizə kiminsə əks təklifi varsa, dinləməyə hazırıq. Bu problemi qısa zamanda həll etmək qeyri-mümkündür. Buna illər lazımdır. Əsas məsələ odur ki, problemin həlli təklifi irəli sürülüb. Zamanla da bu problem həllini tapacaq. Bütün bu məsələlərlə bağlı yaxın günlərdə ictimaiyyət geniş məlumatlandırılacaq ki, müxtəlif spekulyasiyalara və əsassız şərhlərə ehtiyac qalmasın”, - deyə nazir qeyd edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
скачать dle 12.1

Şərhlər