SON DƏQİQƏ
» » Maştağada 50 ilə tikilən evdən REPORTAJ - VİDEO

Maştağada 50 ilə tikilən evdən REPORTAJ - VİDEO

Tarix:

19-10-2023, 21:50

/ 5 228 dəfə oxundu.
Maştağada 50 ilə tikilən evdən REPORTAJ - VİDEO

Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin aparıcısı Arzu Kəlbi Maştağa kəndindəki məşhur evin sahibi Eldar Qasımovun qonağı olub.

Qala formasında tikilən evin və həyətin ərsəyə gəlməsi üçün 50 ilə yaxın vaxt sərf etdiyini deyən E.Qasımovun sözlərinə görə, bunun üçün ölkənin müxtəlif yerlərindən daşlar toplayıb.
“Mənə “Daş adam” deyirlər. Hansı rayona getmişəmsə, oradan daş gətirmişəm. Heç birinə pul verməmişəm”, - o söyləyib.
O, Şuşa qalasına bənzərliyi ilə seçilən evdə dalğalanan Azərbaycan və Türkiyə bayraqlarının Vətən müharibəsi zamanı erməniləri çaşdırmasından da bəhs edib:
“Bu bayraqlar ermənilərə gözdağı oldu. Şuşa işğaldan azad olunan gün ermənilər bu qalanı göstərdilər”.
Ətraflı süjetdə:
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ