SON DƏQİQƏ
» » AZAL Ermənistanın xidmətlərinə görə 32 min ödəyib

AZAL Ermənistanın xidmətlərinə görə 32 min ödəyib

Tarix:

16-02-2022, 22:34

/ 1 425 dəfə oxundu.
AZAL Ermənistanın xidmətlərinə görə 32 min ödəyib

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Ermənistanın aeronaviqasiya xidmətlərinə görə təqribən 32 min avro ödəyib.

GunAz.az xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, oktyabrın 6-dan Azərbaycan Hava Yolları Bakıdan Naxçıvana sərnişin reysləri üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb.

 

Məlumatda bildirilir ki, 2021-ci il oktyabrın 6-dan 31 dekabra qədər "Armaeronavigation” tərəfindən AZAL-a aeronaviqasiya xidmətləri göstərilib. Bunun qarşılığında isə şirkət mərkəzi ofis vasitəsilə EUROCONTROL beynəlxalq təşkilatının marşrut haqları üçün 31 901,77 avro ödəyib.

"Müqayisə üçün qeyd edək ki, bizim hesablamalarımıza görə, Zəngəzur bölgəsində Gorus-Qafan magistral yolu ilə keçən İran yük maşınlarından Azərbaycan ayda təxminən 17 min avro əldə edir. Bir çox hallarda bu məbləğ erməni idxalçılar tərəfindən kompensasiya olunur”, - komitənin açıqlamasında bildirilib.


скачать dle 12.1

Şərhlər