SON DƏQİQƏ
» » AZAL bu şəhərlərə bilet qiymətlərini açıqladı

AZAL bu şəhərlərə bilet qiymətlərini açıqladı

Tarix:

10-10-2017, 14:15

/ 1 145 dəfə oxundu.
AZAL bu şəhərlərə bilet qiymətlərini açıqladı

AZAL Bakıdan Banqkok və Ciddə istiqamətlərində yeni aksiya barədə elan verib.

Azərbaycan Hava Yollarından verilən məlumata görə, oktyabrın 10-dan 29-a kimi aviabilet aldıqda Bakı-Banqkok-Bakı reyslərinə aviabiletin qiyməti 599 avro, Bakı-Ciddə-Bakı reyslərinə isə 399 avro təşkil edəcək.

Qiymətə bütün rüsum və yığımlar daxildir.

Aksiya çərçivəsində uçuş tarixləri 2017-ci il oktyabrın 29-dan 2018-ci il martın 1-ə kimidir. Sözügedən reyslər komfortlu Boeing-767 (Bakı-Banqkok) və Airbus A320 (Bakı-Ciddə) laynerləri ilə yerinə yetiriləcək. Aviabiletin qiymətinə baqajın pulsuz daşınması (23 kq-a kimi) və soyuq və isti yeməklərin tam çeşidi daxildir.

 

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ