
Türkiyədə Azərbaycan hərbçiləri üçün komando kurslarının başa çatma mərasimi keçirilib.
GunAz.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən qeyd olunub ki, İsparta vilayətinin Eğirdir rayonundakı Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında "Əsas Komando Kursu”nu bitirən 360 Azərbaycan hərbçisinin buraxılış mərasimi keçirilib.