SON DƏQİQƏ

Bu siyasi partiyalara ofis verildi

Tarix:

12-08-2021, 08:32

/ 1 520 dəfə oxundu.
Bu siyasi partiyalara ofis verildi

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, fəaliyyət imkanlarının genişləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması məqsədilə siyasi partiyaların dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təminatı prosesi davam etdirilir.

GunAz.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilib.

Məlumatda həmçinin deyilir ki, ötən gün nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidməti daha 2 siyasi partiyaya fəaliyyət göstərmələri üçün ofis təqdim edib.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Fəttayev və Yeni Zaman Partiyasının sədri Musa Ağayev fəaliyyət göstərəcəkləri ofislərlə tanış olublar.

скачать dle 12.1

Şərhlər