SON DƏQİQƏ
» » Siyasi partiyaların fəaliyyətində yeni bir mərhələ yaşanmaqdadır

Siyasi partiyaların fəaliyyətində yeni bir mərhələ yaşanmaqdadır

Tarix:

11-03-2021, 13:56

/ 4 176 dəfə oxundu.
Siyasi partiyaların fəaliyyətində yeni bir mərhələ yaşanmaqdadır

"Ötən bir il ərzində ölkəmizdə siyasi partiyaların fəaliyyətində yeni bir mərhələ yaşanmaqdadır. Milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar nəticəsində bu gün ölkənin siyasi palitrasında qarşılıqlı etimada və milli maraqların üstünlük təşkil etdiyi dövrə qədəm qoymuşuq. Yeni siyasi konfiqurasiyanın yaranması, o cümlədən dialoq mühitinin daha da dərinləşdirilməsi istiqamətində atılan addımlar siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətlər formalaşdırmasında, ümumdövlət məsələlərində vahid mövqedən yanaşmasında əhəmiyyətli rol oynayıb”. Bu fikirləri açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.

Onun sözlərinə görə, bu gün siyasi partiyaların mütləq əksəriyyətinin milli maraqlar ətrafında səfərbər olması, eləcə də ölkənin siyasi həyatında yeni bir canlanmanın müşahidə edilməsi Azərbaycanda demokratik prinsiplərə sadiqlik nümayiş etdirilməsindən xəbər verir: "Martın 5-də Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxış edən Prezident İlham Əliyev də vurğuladı ki, biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Təbii ki, siyasi dialoqun daha da dərinləşdirilməsi ölkəmizin gələcək uğurlarının əsas elementlərindəndir. Biz buna 44 günlük Vətən müharibəsində də şahid olduq. Həmin dövrdə işğalçı Ermənistandan fərqli olaraq Azərbaycanda fəaliyyət göstərən siyasi təşkilatların bir amal uğrunda birləşməsi, cənab Prezidentin apardığı siyasəti dəstəkləməsi, vahid platformadan çıxış etməsi ermənipərəst mərkəzlərin belə əl-qolunu bağladı, hansısa siyasi fikir ayrılığının yaranmasının qarşısını aldı. Bu, olduqca mühüm bir amildir».

Partiya sədri əlavə edib ki, mövcud siyasi birlik ölkəmizin gələcək inkişafında əsaslı rol oynayacaq.

 

Bilman İSAQ


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ