SON DƏQİQƏ
» » Putin Ukrayna haqda yazdı: Böyük oyunun işarəsi verildi

Putin Ukrayna haqda yazdı: Böyük oyunun işarəsi verildi

Tarix:

12-07-2021, 22:04

/ 1 424 dəfə oxundu.
Putin Ukrayna haqda yazdı: Böyük oyunun işarəsi verildi

Putin Ukrayna haqqında geniş məqalə yazıb, Donbasın işğalının anonsu olan yazıdır. Məqalədə Putin deyir ki, Donbas Ukraynaya lazım deyil, o bölgəni zatən özlərinə inteqrasiya edə bilməyəcəklər.

GunAz.az xəbər verir ki, bu sözləri REAL üzvü, ekspert Natiq Cəfərli qeyd edib. O bildirib ki, məqalə Ukraynada yaxın zamanda hadisələrin sürətlənəcəyinə, hətta bu məsələdə Qərblə anlaşmanın olmasına işarədir:

"Qəribə gələ bilər, amma Kubada son günlər baş verən hadisələrin də Ukrayna ilə, Rusiya-ABŞ anlaşması ilə əlaqəsi var - Kuba ABŞ-ın nəzarətinə qayıdır, əvəzində Rusiya Donbası özünə qatır.

ABŞ daha uzunvədəli oynayır, Rusiyanı ağır problemlər və iqtisadi xərclərlə yükləyir, hətta Əfqanıstanı da Moskvanın çiyninə yük edir, amma qısa və orta vədədə bu oyunun bizə mənfi təsirləri ola bilər - postsovet məkanında Kremlin hegemonluğu müvəqqəti olaraq ABŞ tərəfindən tanına bilər.

Bunu nəzərə alıb daha ehtiyatlı, amma qətiyyətli addımlar atmalıyıq. Bu addımlardan ən vacibi Azərbaycan ilə Avropa Birliyi (AB bölgədə ayrıca oyunçudur) arasında yeni tərəfdaşlıq sazişinin imzalanması və Türkiyə ilə Hərbi Təlim-Tədris Mərkəzlərinin tezliklə açılması ola bilər”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ