SON DƏQİQƏ

Təhsil naziri videoqəbul keçirdi - FOTO

Tarix:

25-06-2021, 23:47

/ 1 410 dəfə oxundu.
Təhsil naziri videoqəbul keçirdi - FOTO

Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Xocalı rayonları və Gəncə şəhərinin sakinlərini videobağlantı vasitəsilə qəbul edib. Qəbulda həmin bölgələrdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Bu barədə GunAz.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təhsil naziri vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Videoqəbulda vətəndaşlar müəllimlərin işə qəbulu və yerdəyişməsi, dərs saatlarının bölgüsü, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.

Qeyd edək ki, videoqəbulun təşkil edilməsində əsas məqsəd vətəndaşların Təhsil Nazirliyinə müraciət imkanlarını müasir texnologiyalardan istifadə etməklə genişləndirmək, regionlarda yaşayanlara nazirliyin inzibati binasına gəlmədən vəzifəli şəxslərlə videobağlantı vasitəsilə birbaşa əlaqə imkanının yaradılmasıdır.

Təhsil naziri videoqəbul keçirdi - FOTO

 

Təhsil naziri videoqəbul keçirdi - FOTO

 

Təhsil naziri videoqəbul keçirdi - FOTO

 

Təhsil naziri videoqəbul keçirdi - FOTO

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ