SON DƏQİQƏ
» » Bu problem Türkiyə olmadan həll edilə bilməz - AB

Bu problem Türkiyə olmadan həll edilə bilməz - AB

Tarix:

7-12-2020, 08:44

/ 3 495 dəfə oxundu.
Bu problem Türkiyə olmadan həll edilə bilməz - AB

Türkiyə Avropa Birliyinin (AB) geosiyasət və ticarət baxımından ən əhəmiyyətli müttəfiqlərdən biridir.

GunAz.az xəbər verir ki, bunu Avropa Parlamentinin (AP) macarıstanlı deputatı Marton Qyönqyösi deyib.

O bildirib ki, bir neçə il əvvəl baş verən miqrant böhranı Türkiyənin AB üçün nə qədər əhəmiyyətli olduğunu göstərdi:

"Bu problem Türkiyə olmadan həll edilə bilməz. Orta Şərq və Şimali Afrikada yaranmış böhranlar da buna aiddir”.

M.Qyönqyösi qeyd edib ki, AB-Türkiyə münasibətləri daha yaxşı ola bilər:

"Münasibətləri asanlaşdıracaq və inkişaf etdirəcək sahələrə diqqət yetirməliyik. Hazırda Aralıq dənizinin şərq hissəsində baş verən proseslər münasibətləri gərginləşdirir. Problemin həlli ilə bağlı konkret addımlar atılmalıdır”.Axar.az


скачать dle 12.1

Şərhlər