SON DƏQİQƏ
» » Rusiya Türkiyənin regionda artan gücünü nəzərə alır

Rusiya Türkiyənin regionda artan gücünü nəzərə alır

Tarix:

19-11-2020, 16:31

/ 5 774 dəfə oxundu.
Rusiya Türkiyənin regionda artan gücünü nəzərə alır

Partiya sədri: "Türkiyə bir daha sübut etdi ki, Azərbaycanın haqq işini müdafiə etməkdə ona heç kim mane ola bilməz"

 

«Noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi Azərbaycana hərbi qüvvələrin göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləyən qərar qəbul etdi. Bu qərara uyğun olaraq Türkiyə Azərbaycana hərbi qüvvə göndərəcək və bu hərbçilər 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər». Bu fikirləri "GunAz.az"a Təkamül Partiyasının sədri Teyyub Qənioğlu bildirib.

Onun sözlərinə görə, Türkiyə Böyük Millət Məclisinin bu qərarının Azərbaycan üçün misilsiz tarixi əhəmiyyət daşıyan Milli Dirçəliş Günündə qəbul edilməsi xüsusilə təqdirəlayiqdir: «Türkiyə hərbi qüvvələrinin Dağlıq Qarabağda yerləşdirilməsinin bu ərazidə Rusiya silahlı qüvvələrinin yerləşdirilməsi ilə bağlı bəzi narahatçılıqlara son qoyacağına inanırıq. Türkiyə bir daha sübut etdi ki, həmişə olduğu kimi, yenə də Azərbaycanın haqq işini müdafiə etməkdə qərarlıdır və bu işdə ona heç kim mane ola bilməz».

T.Qənioğlu qeyd edib ki, Rusiya Azərbaycanın hərbi qələbəsindən sonra regionumuzda yaranmış geosiyasi vəziyyəti obyektiv qiymətləndirməyə və bu regionda Türkiyənin artan rolunu və gücünü nəzərə almağa meyillidir: «Baxmayaraq ki, Rusiyada kök salmış bəzi ermənipərəst qüvvələr "başqa hava çalırlar", prezident Vladimir Putin praqmatik siyasətçidir. O, Rusiyanın şimal-qərb, qərb və cənub sərhədlərindəhansı dövlətlərlə həmsərhəd olduğunu gözəl anlayır. İstəməz ki, cənub sərhədlərində, Azərbaycanın timsalında,Türkiyə kimi qüdrətli və qüvvətli dostu, strateji müttəfiqi olan, Rusiyaya dost olmayan, yeni, varlı və güclü dövlətlə münaqişəyə səbəb olacaq hərəkətlərə yol versin. Bəli, regionda Rusiyanın əsrlərlə davam edən maraqları var və o, bu maraqlarından vaz keçmək istəmir. Əsrlər boyu Rusiya Cənubi Qafqazda öz strateji maraqlarının təmin edilməsində həmişə ikiüzlü, məkrli ermənilərdən bir vasitə kimi istifadə edib və bu siyasətindən vaz keçmək istəmədiyi də göz qabağındadır».

Partiya sədriMoskvanın Cənubi Qafqazda öz maraqlarının qorunmasına münasibət bildirərəkvurğulayıb ki,Rusiya bu bölgədə mövqeyininsaxlanması üçünregionda yaranmış mövcud reallığı nəzərə alır: «Rusiya bu regionda maraqlarının reallaşdırılması üçün təkcə ermənilərə istinad etməyinyetərli olmayacağını yaxşı hiss edir. Məhz mövcud reallığın nəzərə alınmasının nəticəsidir ki, Rusiya Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün Türkiyə ilə Birgə Monitorinq Mərkəzinin yaradılmasına razılaşıb. Beləliklə, Rusiya Dağlıq Qarabağda atəşkəsə nail olmaq üçünordu yeritməklə,bir tərəfdən ermənilərin xilaskarı kimi çıxış etsə də (bu əslində belə də qiymətləndirilməlidir), digər tərəfdən Azərbaycanın və Türkiyənin maraqlarını da nəzərə almaya bilmir. Rusiya yaxşı başa düşür ki, onun cənub sərhədlərinin möhkəmliyi Azərbaycanla mövcud olan strateji müttəfiqliyinin nəinki qorunub saxlanılmasından, hətta möhkəmlənməsindən keçir. Bununla yanaşı, Rusiya, yəqin ki, ABŞ-da hakimiyyət dəyişikliyindən sonra, Türkiyə ilə daha sıx əlaqələrin yaradılmalı olduğunu da nəzərə alır. Bütün bunlarla yanaşı, nəzərdən qaçırmaq olmaz ki, Rusiya sülhməramlı qüvvələrinin Dağlıq Qarabağda faktiki olaraq yerləşdiyi mövcud situasiyada, Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsi Azərbaycanla qardaş Türkiyənin birgə fəaliyyətindən bilavasitə asılıdır».

T.Qənioğlu əlavə edib ki,Azərbaycan Dağlıq Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsinə etiraz etmir. Ancaq əmin olmaq istəyir ki, bu qüvvələr həqiqətən sülhməramlı rolunu oynayacaqlar: «Bu, təkcə Azərbaycanın və Rusiyanın deyil, bütünlükdə regionun maraqlarına tam cavab verir və inanırıq ki, belə də olacaqdır».

 

Bilman İSAQ


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ