SON DƏQİQƏ
» » Xarici güclərin müqavimətini birlikdə qırmalıyıq.

Xarici güclərin müqavimətini birlikdə qırmalıyıq.

Tarix:

18-11-2020, 22:13

/ 3 232 dəfə oxundu.
Xarici güclərin müqavimətini birlikdə qırmalıyıq.

Ulu Öndər Heydər Əliyevin müdrikliyi və qətiyyəti sayəsində 1996-cı ildə, Lissabonda Ermənistanın meydanda tək qoyulması, Azərbaycanın ərazi bütövlüyünün bütün iştirakçı dövlətlər tərəfindən dəstəklənməsi erməni cəmiyyətində dərin böhran yaratmış, hakimiyyət dəyişikliyini qaçılmaz etmişdi. Hakimiyyətin əldən çıxdığınıhiss edən prezidentL.ter-Petrosyanhəmin günlərdəson cəhdini etmiş,özünə yox, kənar qüvvələrə güvənərək,danışıqlarda barışmaz mövqe tutmağın ağır nəticələr verəcəyiniermənilərəanlatmağa çalışmışdı. Xüsusilə, Rusiyanın Ermənistanın ədalətsiz mübarizəsinisona qədərdəstəkləməyəcəyini, gec-tez ermənilərin azərbaycanlılarla təkbətək qalacağını və nəticənin çox ağır olacağını anlatmağa çalışaraq: "Rusiyada hansı hakimiyyətin olmasından asılı olmayaraq bu hakimiyyət heç vaxt Qarabağın müstəqilliyini tanımayacaq, çünki, özünün tərkibində "20 Qarabağ” var”-demişdi.

Ancaq bu cəhdin heç bir nəticəsi olmamış və ermənilər yalnız özlərinə məxsus nadanlıqla reallığı anlamamaqda davam etmişdilər.

Bundan əvvəl, Rusiyanın Xarici işlər naziri Y.Primakov da Yerevana səfəri zamanı ermənilərə ciddi xəbərdarlıq etmiş, bir az uzaqgörən olmağı məsləhət görərək:"Unutmayın, Azərbaycan işləməyi və gözləməyi bacarır!” –demişdi.

Lakin bu xəbərdarlıq da qulaqardına vurulmuş və heç bir nəticə verməmişdi.

2007-ci ilin noyabrında İspaniyanın paytaxtında "Madrid prinsipləri” kimi tanınan münaqişəni nizamasalma planı Fransa və Rusiyanın xarici işlər nazirləri və ABŞ Dövlət katibinin köməkçisi tərəfindən tərəflərə təqdim olunmuşdu.

Həmin planda Dağlıq Qarabağda referendum keçirilməsi və son nəticədə Dağlıq Qarabağın müstəqilliyi nəzərdə tutulduğu üçün Azərbaycan üçün qətiyyən məqbul deyildi.

Bu səbəbdən, 2008-ci ildə keçirilən seçkilərdə ikinci dəfə prezident seçilən İ.Əliyev oktyabrın 24-də keçirilən andiçmə mərasimində qətiyyətlə bəyan etmişdi:"Qarabağ heç bir zaman müstəqil olmayacaqdır. Azərbaycan bunu heç bır zaman tanımayacaqdır. Nə 5 ildə, nə 10 və ya 20 ildə. Heç vaxt.”

Maraqlıdır ki, Minsk qrupu həmsədrlərinin böyük "əziyyətlə” hazırladıqları təkliflər erməniləri də qane etmirdi?

Çünki, Dağlıq Qarabağı müstəqil edəcək referendum nizamasalma planı imzalanan kimi deyil, xeyli müddət keçdikdən sonra keçirilməli idi. Məhz bu şərt Ermənistanı qane etmirdi.

Zorakılıqla küçədən hakimiyyətə gələn N.Paşinyan isə tarixə ikinci erməni dövlətinin yaradıcısı kimi düşmək istəyirdi və bu səbəbdən referendumun 15-20 ildən sonra yox, özünün hakimiyyətdə olduğu dövrdə, sənədlər imzalanan kimi keçirilməsinə nail olmaq istəyirdi.

Bu məqsədlə, 2020-ci ilin iyulunda qəbul olunan "Milli Təhlükəsizlik Strategiyası”nda Dağlıq Qarabağın müstəqilliyinə qeyd-şərtsiz nail olunmasını milli hədəf kimi göstərən N.Paşinyan inanırdı ki, yeni ərazilərin işğalı Azərbaycan rəhbərliyinin iradəsini qıracaq və prezident İ.Əliyevin Dağlıq Qarabağın müstəqilliyini tanımaqdan başqa çarəsi qalmayacaqdır.

Məhz, bu məqsədlə "Strategiyanın” qəbulundan cəmi iki gün sonra, iyulun 12-də, Tovuz sərhəddində təxribat törədildi və mühüm kommunikasiya xətlərinin keçdiyi rayonu ələ keçirməyə cəhd edildi. Ali Baş Komandanımızın göstərişi ilə ordumuzun potensialının kiçik bir hissəsi işə salındı və düşmən geri oturduldu.

Sərhəd döyüşlərindən sonra N.Paşinyanda belə təsəvvür yarandı ki, Ermənistan ordusu çox güclüdür və gözlənilməz istiqamətdən hücuma keçib, yeni ərazilər işğal edə və həsrətində olduğu hədəfə çata bilər.

Onun davranışlarını diqqətlə müşahidə edən Prezident İ.Əliyev hərbi əməliyyatlar ərəfəsində BMT Baş Məclisinin tribunasından dünya birliyinə xəbərdarlıq ünvanlayaraq:- "Ermənistan müharibəyə hazırlaşır!”-dedi.

Nadanlığı üzündən özünü güclü sayan və növbəti təxribatla məqsədinə nail olacağını düşünən N.Paşinyan erməni ordusuna sentyabrın 27-də Azərbaycana qarşı hücum əmrini verdi. Və qısa müddətdən sonra anladı ki, bu əslində hücum əmri deyil, onun siyasətçi və insan kimi ölümünə gətirib çıxaracaq "intihar fərmanı”dır.

Hərbi əməliyyatlar başladıqdan sonra Azərbaycan Ordusunun yaşayış məntəqələrini azad edərək irəlilədiyini görən Ermənistan rəhbərinin yalvarış dolu telefon zəngləri başladı və bu zənglərdən təngə gələn Rusiya rəhbərliyi hərəkətə keçmək məcburiyyətində qaldı. Oktyabrın 10-da, Moskvada, 11 saat sürən müzakirələrdən sonra "humanitar atəşkəs” haqqında razılaşma imzalandı. Razılaşmada atəşkəsin saxlanılması və danışıqların Azərbaycanın maraqlarına cavab verməyən Madrid prinsipləri əsasında davam etdirilməsi nəzərdə tutulurdu. Buna baxmayaraq, ermənilərin xislətinə yaxşı bələd olan və onların razılaşmanı pozacağını bilən Azərbaycan rəhbərliyi sənədi imzaladı.

Və gözlənildiyi kimi, Ermənistan atəşkəsi pozaraq Gəncəni raket qurğularından atəşə tutdu, dinc insanları, uşaqları qətlə yetirdi.

Azərbaycan Ordusunun cavabı çox ağır oldu. Ancaq dinc insanlara deyil, erməni silahlı qüvvələrinə ağır zərbələr vuruldu, yüzlərlə əsgər məhv edildi, hərbi texnika sıradan çıxarıldı və yeni ərazilər, "Qarabağın incisi” Şuşa düşmən tapdağından xilas edildi.

Vəziyyətin son dərəcə ağırlaşdığını və erməni ordusunun mühasirəyə düşərək məhv ediləcəyini görən N.Paşinyan, noyabrın 10-da, gecəyarısı "təslim aktı”na qol çəkdi və qaçıb gizləndi.

Üç dövlət başçısının imzaladığı bəyanat 30 ildən çox davam edən münaqişənin aradan qaldırılması istiqamətində atılan mühüm addım oldu. Xalqımız uzun illər həsrətində olduğu qələbəyə qovuşdu.

Həmin gün xalqa müraciət edən Ali Baş Komandan İlham Əliyev bundan sonra Qarabağda yaşayan ermənilərə heç bir status verilməyəcəyini qətiyyətlə bəyan etdi.

Sonradan, işğaldan azad olunmuş ərazilərə səfəri zamanı bir daha bu məsələyə qayıtdı və xarici dairələrin gündəlikdə saxlamağa çalışdığı "status” iddialarına aydınlıq gətirdi:"Heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var. Çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi Azərbaycan dövləti var. Azərbaycan vətəndaşları, bütün xalqların, dinlərin nümayəndələri normal yaşayırlar, mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq. Bizim erməni xalqı ilə işimiz yoxdur. Onlar bizim vətəndaşlarımızdır və onlar görəcəklər ki, Azərbaycan rəhbərliyi altında necə yaxşı yaşayacaqlar".

"Nə qədər mən prezidentəm, Qarabağda heç bir status olmayacaq!”-deyən prezident İlham Əliyevbu bəyanatı ilə qarşısına son dərəcə mürəkkəb və müqəddəs hədəf qoyaraq, nəyin bahasına olursa-olsun Qarabağa status verməyə çalışan güclərlə sona qədər mübarizə aparacağını bəyan edib.

Xalqımız 44 gün ərzində ağlasığmaz qələbələr qazanan və Azərbaycanın ərazi bütövlüyünü təmin edən müzəffər Ali Baş Komandanın bu vəzifənin də öhdəsindən gələcəyinə zərrə qədər də şübhə etmir.

Ancaq bir məsələni nəzərdən qaçırmamalıyıq. Müxtəlif ölkələrin liderlərinin son günlər səsləndirdiyi bəyanatlar bu istiqamətdə ciddi müqavimətlə üzləşəcəyimizdən xəbər verir. Dövlət başçımızın qarşısına qoyduğu və qətiyyətlə bütün dünyaya bəyan etdiyi hədəf son dərəcə ağır və mürəkkəbdir.

Prezident İlham Əliyev nə vaxt qarşısına asan hədəf qoyub ki? Ağlasığmaz hədəflərin, nəhəng planların təşəbbüskarı olan böyük liderimizin bu gün bizim dəstəyimizə daha çox ehtiyacı var. Bizim borcumuz bu müqəddəs mübarizədə sona qədər onun yanında olmaq, əlimizdən gələn köməyi göstərməkdir.

Abutalıb Səmədov,

Azərbaycan Naminə Alyans partiyasının sədri.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ