SON DƏQİQƏ

Ərdoğana təşəkkür borcumuz var

Tarix:

5-11-2020, 15:33

/ 4 704 dəfə oxundu.
Ərdoğana təşəkkür borcumuz var

Partiya sədri: "Türkiyə-Azərbaycan qardaşlığı bölgədə sabitliyin qorunmasına xidmət edir"

 

«Türkiyə-Azərbaycan münasibətlərinin bu gün ən yüksək səviyyədə olması təkcə bu iki qardaş ölkəninözləri üçün yox, eyni zamanda bütövlükdə Cənubi Qafqaz bölgəsi və Türk Dünyası üçün də olduqcamühüm geosiyasi əhəmiyyət kəsb edir. Xüsusən də ölkələrimiz arasında təhlükəsizlik sahəsindəəməkdaşlığın genişlənməsi, eləcə də hərbi sahədəki əməkdaşlığımızın prioritetə çevrilməsi bütünlükdəbölgədə sabitliyin qorunmasına xidmət edir. Bəli, cənab Prezidentin də çoxsaylı müsahibələrindədəfələrlə qeyd etdiyi kimi bu gün Türkiyə bölgədə sabitləşdirici qüvvə rolunda çıxış edir».

Bu fikirləri "Azad Azərbaycan"a bildirənMilli Həmrəylik Partiyasının (MHP) sədriƏlisahib Hüseynov qeyd etdi ki, qardaş ölkə sonzamanlar Qarabağ məsələsinin həlli ilə bağlı prinsipial mövqe tutmasaydı və proseslərə fəal şəkildəmüdaxilə etməsəydi çox güman ki, Qarabağ müharibəsi iki ölkə arasında cərəyan edən məhəlli müharibəçərçivələrini çoxdan aşardı. Üçüncü ölkələrin də hərbi əməliyyatlara qoşulmasıyla bu bir genişmiqyaslıregional savaşa çevrilə bilərdi. Bəzi ekspertlər isə proseslərin hətta dünya müharibəsi həddinə qədərinkişaf edə biləcəyini proqnozlaşdırırdılar.

Ə.Hüseynov əlavə etdi ki, Türkiyənin bölgədəki proseslərə "əl qoyması” vəziyyətin bu cür kritik məcraya yönəlməsininqarşısını aldı. Üçüncü ölkələr hərb meydanında Türkiyə kimi aparıcı NATO ölkəsi ilə qarşı-qarşıya gəlməkfikrindən daşındılar. Hazırda onlar Qarabağda gedən hərbi əməliyyatlara münasibətdə neytral mövqenümayiş etdirməyə üstünlük verəsi oldular. Bu da bir daha qeyd edirəm ki, məhz Türkiyənin Qarabağlaproseslərə fəal şəkildə müdaxilə etməsi nəticəsində mümkün oldu: "Biz bu prosesdə xüsusən də qardaş ölkənin liderinin oynadığı mühüm rolu yüksək qiymətləndiririk. Bugünləri Dağlıq Qarabağ münaqişəsinin həlli proseslərində ölkəmizin haqlı mövqeyini qətiyyətlə müdafiəedən Turkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana həqiqətən də təşəkkür borcumuz var".

Partiya sədri qardaş Türkiyənin dəstəyindən danışaraq bildirdi ki, müharibə başlanan ilk gündən Azərbaycanın yanında olduğunu birmənalı şəkildə bəyan edən və DağlıqQarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həll olunması üçün öz siyasi iradəsiniortaya qoyan Ərdoğan bununla da yetinmədi. O həmçinin rəhbərlik etdiyi Ədalət və İnkişafPartiyasının rəhbər şəxslərinə, o cümlədən nazirlərə bu həssas dönəmdə Azərbaycanı tək qoymamağı vəmüharibə gönlərində onlara vaxtaşırı ölkəmizə səfər etmələri barədə şəxsən tapşırıq verib: «TürkiyəninXarici işlər naziri Mövlud Çavuşoğlunun Prezident İlham Əliyevlə görüşü zamanı buməqamı xüsusi olaraq qeyd etməsi diqqətimizdən yayınmadı. Yeri gəlmişkən, son 35 gün ərzində düz 3 dəfə Bakıya səfər edən Türkiyənin Xarici işlər naziriÇavuşoğlunun Ali Baş Komandanımıza "Biz Sizin döyüş meydanındakı qələbələrinizlə fəxr edirik. Bütündünyaya türkün gücünü göstərdiniz, qürur duyuruq”,- deyə xitab etməsi də tarixi anlardan biri idi. Onuda qeyd edək ki, məhz Ərdoğanın və Türkiyənin bir çox rəsmilərinin, eləcə də aparıcı siyasi partiyalarınrəhbərlərinin Azərbaycanla bağlı verdikləri bəyanatlar, nümayiş etdirdikləri həmrəylik və mənəvi dəstəkişğalçı Ermənistana göz dağı oldu və onlara həmrəyliyimizin gücünü göstərdi. Biz bütün bunları əslqardaşlıq nümunəsi kimi dəyərləndiririk. Türkiyənin nüfuzlu dövlət xadimlərindən biri, sabiq BaşNazir və sabiq Məclis Sədri Binəli Yıldırımın da rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizi ziyarət edib. O da bukritik savaş günlərində Ordumuza və xalqımıza, Ali Baş Komandanımıza dəstəyini əyani şəkildə ifadəetmək üçün paytaxtımıza gəlib.

Ə.Hüseynov Türkiyə KİV-lərinin fədakarlığından da çıxış edərək qeyd etdi ki, onların döyüş meydanlarından, raket zərbələrinə məruz qalanşəhər və kəndlərimizdən hazırladıqları reportajları, təşkil etdikləri canlı yayımları da ayrıca qeydetməliyik. Bunu dövlət başçımız da dəfələrlə vurğulayıb. Onlar həqiqətən də fədakarlıq göstərərək, özhəyatlarını təhlükə altına ataraq işğalçı Ermənistanın faşist siyasətinin, vandalizminin nəticəsində ortayaçıxan tükürpərdici görüntüləri, soyqırım vəhşiliklərini bütün dünyaya nümayiş etdirirlər. Bütün bunlarhəqiqətən də Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsidir. Biz qardaş ölkəmizin bu fədakarlığınıvə dəstəyini heç vaxt unutmayacağıq. Azərbaycan-Türkiyə qardaşlığı gerçəkdən də sarsılmaz və əbədidir!

Bilman İSAQ


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ