SON DƏQİQƏ
» » Çavuşoğlu: "Ankara hərtərəfli Azərbaycana dəstək olacaq"

Çavuşoğlu: "Ankara hərtərəfli Azərbaycana dəstək olacaq"

Tarix:

14-10-2020, 08:43

/ 5 426 dəfə oxundu.
Çavuşoğlu: "Ankara hərtərəfli Azərbaycana dəstək olacaq"

"Ankara istənilən vəziyyətdə - həm döyüş meydanında, həm də danışıqlar masasında Azərbaycana dəstək olacaq".

Avromedia.az "Anadolu" Agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu İsveçli həmkarı Ann Kristin Linde ilə ortaq mətbuat konfransında bildirib.

Türkiyə XİN rəhbəri Cənubi Qafqazda atəşkəs çağırışları ilə yanaşı, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması üçün tələblərin səsləndirilməsi vacib olduğunu deyib:

"Yalnız bu halda beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll etmək həqiqi arzusundan danışmaq mümkün olacaq".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ