SON DƏQİQƏ
» » ABŞ Qarabağ danışıqlarında iştirak edəcək - Açıqlama

ABŞ Qarabağ danışıqlarında iştirak edəcək - Açıqlama

Tarix:

8-10-2020, 21:21

/ 1 470 dəfə oxundu.
ABŞ Qarabağ danışıqlarında iştirak edəcək - Açıqlama

ABŞ Dağlıq Qarabağ münaqişəsinin Minsk Qrupu formatında həlli üçün keçiriləcək görüşlərdə iştirak etmək niyyətindədir.

GunAz.az  xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi TASS-a açıqlamasında deyib.

"ABŞ-ın mövqeyi aydındır və dəyişməyib: hər iki tərəf hərbi əməliyyatları dayandırmalı və ən qısa müddətdə danışıqlara qayıtmaq üçün Minsk Qrupu həmsədrləri ilə işə başlamalıdır. ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri olaraq hər iki tərəfə kömək etməyə sadiq qalır”, - Dövlət Departamentinin nümayəndəsi bildirib.

Qeyd edək ki, Fransa Xarici İşlər naziri Jan-İv Lö Drian Dağlıq Qarabağdakı vəziyyətlə bağlı danışıqların oktyabrın 8-də Cenevrədə və oktyabrın 12-də Moskvada planlaşdırıldığını elan etmişdi.


скачать dle 12.1

Şərhlər