SON DƏQİQƏ
» » Avropadan ermənilərin qanunsuz köçü ilə bağlı açıqlama

Avropadan ermənilərin qanunsuz köçü ilə bağlı açıqlama

Tarix:

18-09-2020, 08:23

/ 4 250 dəfə oxundu.
Avropadan ermənilərin qanunsuz köçü ilə bağlı açıqlama

Avropa Birliyi, prinsip etibarilə, Dağlıq Qarabağ münaqişənin son həllinə zərər verə biləcək demoqrafik və ya digər dəyişikliklərə səbəb olan hər hansı bir qanunsuz məskunlaşma və ya fəaliyyətə dəstək vermir.

GunAz.az xəbər verir ki, bu sözləri Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə sözçüsü Peter Stano Livanda baş verən dəhşətli partlayışdan sonra işğalçı Ermənistan hökumətinin apardığı beynəlxalq hüquq normalarına zidd olan köç siyasəti ilə bağlı açıqlamasında deyib.

"Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı həlli istiqamətində səyləri hər zaman dəstəkləyir və sözügedən məsələ də tərəfimizdən ATƏT-in Minsk Qrupu həmsədrlərinin diqqətinə çatdırıb. Avropa Birliyinin, təəssüf ki, Dağlıq Qarabağa və ətraf ərazilərə çıxışı yoxdur. Buna görə də ATƏT-in Minsk Qurupu ilə daima əlaqədə qalır. Ancaq Avropa Birliyi, prinsip etibarilə, Daglıq Qarabağ münaqişənin son həllinə zərər verə biləcək demoqrafik və ya digər dəyişikliklərə səbəb olan hər hansı bir qanunsuz məskunlaşma və ya fəaliyyətə dəstək vermir. AB bölgədəki vəziyyəti yaxından izləməyə davam edir”, - deyə Stano bildirib.

Bundan başqa, cənab Stanonun sözlərinə görə, AB Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyası sədrinin müavini 22 iyul tarixində Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri ilə telefon danışığı zamanı da hər iki tərəfi gərginliyə səbəb olan hərəkət və ritorikadan çəkinməyə çağırıb. ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında danışıqların sülh yolu ilə həllinə ehtiyac var. ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün danışıqlara rəhbərlik edir və köç məsələsi onların diqqətinə çatdırılıb.Axar.az

скачать dle 12.1

Şərhlər