SON DƏQİQƏ
» » Bolqarıstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib

Bolqarıstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib

Tarix:

23-12-2019, 11:11

/ 1 886 dəfə oxundu.
Bolqarıstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib

Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

GunAz.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri. Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Sizi əmin etmək istəyirəm ki, ölkələrimiz arasındakı səmərəli əlaqələr, fəal siyasi dialoq və xalqlarımızın dostluq münasibətləri gələcəkdə də inkişaf edəcək və dərinləşəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və rifah, ali dövləti vəzifənizdə daha böyük uğurlar diləyir, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ