SON DƏQİQƏ
» » Milli Məclisdə iclas - Yüksək vəzifəli məmurlar da qatılıb

Milli Məclisdə iclas - Yüksək vəzifəli məmurlar da qatılıb

Tarix:

3-04-2019, 17:05

/ 10 251 dəfə oxundu.
Milli Məclisdə iclas - Yüksək vəzifəli məmurlar da qatılıb

Milli Məclisdə (MM) İnsan hüquqları məsələləri üzrə İşçi Qrupun növbəti iclası keçirilir.

GunAz.az-ın məlumatına görə, iclasda İşçi Qrupunun üzvləri - millət vəkilləri, Qeyri-Hökumət Təşkilatlarının (QHT) nümayəndələri, insan hüquq müdafiəçiləri iştirak edirlər.

İclasa İşçi Qrupun həmsədri, Prezident Administrasiyasının (PA) Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, daxili işlər nazirinin müavini Fazil Quliyev, Baş Prokukorluğun, Ədliyyə Nazirliyinin rəsmi şəxsləri qatılıb.

İclası açan İnsan hüquqları məsələləri üzrə İşçi Qrupun həmsədri, MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov öncə iclasın keçirilmə vaxtının Aprel döyüşlərinin 3-cü ildönümü günləri ilə üst-üstə düşdüyünü bildirib.

O qeyd edib ki, üç il öncə Azərbaycan dövləti və ordusu böyük bir zəfərə, uğura imza atıb.

Sonra iclasda ölkə prezidentinin əfv fərmanı, insan hüquqların vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi başlanılıb.

S.Seyidov müzakirəsi nəzərdə tutulan məsələlərin media və geniş ictimaiyyət üçün açıqlanmasının düzgün olmadığını qeyd edərək, iclasın bundan sonra qapalı formada davam etdiriləcəyini bildirib.

скачать dle 12.1

Şərhlər