SON DƏQİQƏ

Parlamentdə yenə büdcə müzakirələri BAŞLADI

Tarix:

13-11-2017, 11:04

/ 1 250 dəfə oxundu.
Parlamentdə yenə büdcə müzakirələri BAŞLADI

2018-ci ilin büdcə zərfinə daxil olan qanun layihələri Milli Məclisin daha 5 komitəsinin – İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu, Mədəniyyət, Regional məsələlər, Gənclər və idman komitələrinin birgə iclasının müzakirəsinə çıxarılıb.
 
Gunaz.az xəbər verir ki, müzakirələrdə adıçəkilən komitənin sədrləri və üzvləri ilə yanaşı, İnsan hüquqları üzrə müvəkkil ( Ombudsman) Elmira Süleymanova, gənclər və idman nazirinin müavini İntiqam Babayev və digər rəsmi şəxslər iştirak edirlər.
 
Komitələrin birgə iclasına Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova sədrlik edir.
 
Azərbaycanın 2018-ci il icmal büdcəsinin gəlirləri 23 223,2 mln. manat məbləğində proqnozlaşdırılır. İlkin layihə sənədinə əsasən, bu, 2017-ci ilin proqnozundan 246 mln. manat və yaxud 1,1% çoxdur.
 
Gələn il icmal büdcənin xərcləri isə 26 674,1 mln. manat məbləğində gözlənilir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ