SON DƏQİQƏ
» » Noyabrda Milli Məclisin 4 iclası keçiriləcək - Büdcə zərfinin müzakirə vaxtı bəlli oldu

Noyabrda Milli Məclisin 4 iclası keçiriləcək - Büdcə zərfinin müzakirə vaxtı bəlli oldu

Tarix:

3-11-2017, 11:52

/ 1 222 dəfə oxundu.
Noyabrda Milli Məclisin 4 iclası keçiriləcək - Büdcə zərfinin müzakirə vaxtı bəlli oldu

Noyabrda Milli Məclisin payız sessiyasının 4 plenar iclası keçiriləcək.
 
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye  və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov məlumat verib.
Deputat bildirib ki, noyabrın 7-də Milli Məclisin komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihələri müzakirə başlayacaq.
“Müzakirələr iki gün davam edəcək”.
 V.Əhmədov qeyd edib ki, noyabrın 14-də  Milli Məclisin payız sessiyasının növbəti iclası keçiriləcək.
“Həmçinin noyabrın 21, 22, 23-də büdcə zərfinin layihəsi hökumət nümayəndələri ilə birlikdə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq”.
Gunaz.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ