SON DƏQİQƏ
» » Əlil tələbələr təhsil haqqından azad edilsin - TƏKLİF

Əlil tələbələr təhsil haqqından azad edilsin - TƏKLİF

Tarix:

15-03-2019, 14:52

/ 10 222 dəfə oxundu.
Əlil tələbələr təhsil haqqından azad edilsin - TƏKLİF

Azərbaycanda aparılan islahatları gözü götürməyən, bu islahatların onların təzyiqi nəticəsində aparıldığını iddia edənlər var.

GunAz.az xəbər verir ki, bunu Milli Məclisin (MM) növbəti plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, bəzi ölkələr hələ də Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edirlər: 

“Bu cəhdlər yersizdir. Onların cəhdləri heç bir nəticə verməyəcək”.

Komitə sədri bir qrup əlil tələbənin təhsil haqqından azad edilməsi üçün müraciət etdiyini nəzərə çatdırıb.

“Bu əlil tələbələrin sayı elə də çox deyil. Bu təhsil haqlarının bir hissəsini dövlət, bir hissəsini universitetlər, bir hissəsini də sahibkarlar öz üzərinə götürsə, yaxşı olar. O əlil tələbələr də təhsillərini davam etdirər”, - deyə, S.Novruzov sözlərinə əlavə edib.

N.SAFURA

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ