SON DƏQİQƏ
» » Dünya liderləri İlham Əliyevi təbrik edirlər - YENİLƏNİB

Dünya liderləri İlham Əliyevi təbrik edirlər - YENİLƏNİB

Tarix:

24-12-2018, 14:08

/ 10 259 dəfə oxundu.
Dünya liderləri İlham Əliyevi təbrik edirlər - YENİLƏNİB

Yunanıstanın “Motor Oil Hellas”, “Vegas Oil and Gas” şirkətlərinin sədri Vardis Vardinoyannis və xanımı Marianna Vardinoyannis Azərbaycan Respublikasının prezidenti  İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

GunAz.az-ın məlumatına görə, təbrik mətnində deyilir:  

“Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik. Sizə həyatın ən gözəl nemətləri olan möhkəm cansağlığı, tükənməz enerji, rifah və xoşbəxtlik diləyirik.

Qoy Tanrı Sizi və doğmalarınızı qorusun! Ölkənizin və bəşəriyyətin rifahı və inkişafı naminə bütün nəcib arzularınızın həyata keçməsini arzu edirik”.

22 dekabr, 17:20

TÜRKSOY-un baş katibi Düsen Kaseinov Azərbaycan Respublikasının prezidenti  İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Təbrik mətnində deyilir:  

“Hörmətli cənab Prezident.

Beynəlxalq TÜRKSOY təşkilatının baş katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Zati-alinizin yürütdüyü humanist və sülhsevər siyasət nəticəsində Azərbaycan Respublikası durmadan inkişaf edir, dünya ölkələri arasında tutduğu layiqli yerini daha da möhkəmləndirir.

Bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Respublikası ilə 25 yaşına çatan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY arasında qarşılıqlı mədəni əməkdaşlığın genişləndirilməsinə və inkişaf etdirilməsinə göstərdiyiniz diqqəti və qayğını yüksək qiymətləndiririk.

Xoş fürsətdən istifadə edərək, TÜRKSOY-un fəaliyyətinə göstərdiyiniz dəstəyə görə Sizə dərin təşəkkürümü bildirir, bu əlamətdar gündə Zati-alinizə möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.

16:16

İordaniyanın Kralı II Abdullah Azərbaycan Respublikasının prezidenti  İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Təbrik mətnində deyilir:  

“Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Sizə cansağlığı və xoşbəxtlik arzularımı qəbul etməyinizi xahiş edirəm”.

16:12

Rusiya Federasiyasının Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidov Azərbaycan Respublikasının prezidenti  İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Təbrik mətnində deyilir:  

“Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Müasir Azərbaycanın uğurları, onun iqtisadi, siyasi və beynəlxalq mövqelərinin möhkəmlənməsi Sizin adınızla ayrılmaz surətdə bağlıdır. Siz uzaqgörən və müdrik siyasi xadim kimi haqlı olaraq həm öz vətəninizdə, həm də onun hüdudlarından kənarda böyük nüfuz qazanmısınız. Sizin fəaliyyət xəttinizin çoxmillətli Azərbaycan xalqı tərəfindən haqlı olaraq dəstəklənməsi Azərbaycan Respublikasının Prezidenti seçkilərində növbəti inandırıcı qələbəyə çevrildi. Sizin rəhbərliyinizlə həyata keçirilən dəyişikliklər və iri layihələr atanız, Azərbaycan xalqının dahi oğlu və ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin şanlı işlərinin layiqli davamıdır.

Müxtəlif missiyaların və nümayəndə heyətlərinin işində iştirak edən Rusiya təmsilçiləri, o cümlədən dağıstanlılar hər dəfə sizin respublikanın qazandığı şəksiz nailiyyətlərin şahidi olurlar. Əminəm ki, çoxəsrlik qarşılıqlı hörmət, səmimiyyət və etimad ənənələri bundan sonra da xalqlarımız arasında qardaşlıq münasibətlərinin, habelə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası və onun tərkib hissəsi olan Dağıstan Respublikası arasında əməkdaşlığın böyük potensialının həyata keçirilməsinin əsası olacaq. Sizinlə şəxsi münasibətlərimizi yüksək qiymətləndirirəm və Sizinlə görüşləri həmişə ən xoş duyğularla xatırlayıram.

Möhtərəm İlham Heydər oğlu, Sizə ən xoş arzularımı, möhkəm cansağlığı, əmin-amanlıq, tükənməz qüvvə və enerji diləyir, Azərbaycan naminə bütün təşəbbüslərinizdə Sizə yeni uğurlar arzulayıram”.

15:33

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev Azərbaycan Respublikasının prezidenti  İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Təbrik mətnində deyilir:  

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Siz son dərəcə təcrübəli dövlət xadimi, səriştəli diplomat və müstəsna istedadlı siyasi xadim olaraq Azərbaycanı günbəgün inkişaf və firavanlaşma yolu ilə irəli aparırsınız. Sizin strateji düşünmək, qəbul olunmuş qərarları ardıcıl surətdə həyata keçirmək və xalqı inamla irəli aparmaq, Azərbaycan dövlətinin sabitliyini və dünya siyasi arenasında mövqelərini ilbəil möhkəmlətmək qabiliyyətiniz səmimi heyranlıq doğurur.

Sizə səmimi qəlbdən tükənməz enerji, möhkəm cansağlığı arzu edir, qardaş Azərbaycanın yeni qələbələri naminə bütün planlarınızın həyata keçməsini diləyirəm”.

15:25

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycan Respublikasının prezidenti  İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Təbrik mətnində deyilir:  

“Möhtərəm cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.

Uzaqgörən rəhbərliyinizlə Azərbaycan əldə etdiyi nailiyyətlərlə regionun ən inkişaf etmiş ölkəsinə çevrilib və beynəlxalq arenadakı uğurları ilə dünya birliyinin fəal üzvü kimi nüfuz qazanıb.

Sizin verdiyiniz mühüm töhfələrin və apardığınız uğurlu siyasətin nəticəsi kimi, türk dünyasının birliyi daha da möhkəmlənməkdə və daha vüsətli bir mərhələyə qədəm qoymaqdadır. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna dəyərli dəstəyinizə, təşkilatın fəaliyyətini yüksək qiymətləndirdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizin təşəbbüsünüzlə yaradılmış Fond yeni layihə və proqramları ilə türk dünyasını beynəlxalq aləmdə qürurla təbliğ edərək işini yüksək etimadınıza layiq olaraq davam etdirəcək.

Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, xoşbəxtlik arzulayır, bir daha səmimi qəlbdən təbrik edirik.

Fürsətdən istifadə edərək Sizi qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə də ürəkdən təbrik edirik”.

15:12

MDB İcraiyyə Komitəsinin sədri–icraçı katib Sergey Lebedev Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Təbrik mətnində deyilir:  

“Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi adından və şəxsən öz adımdan səmimi təbriklərimizi qəbul edin.

Sizin adınız Azərbaycanda, regionda və bütün dünyada öz ölkəsini inkişaf və firavanlıq, vətəndaş həmrəyliyinin və əmin-amanlığın təmin edilməsi yolunda qətiyyətlə irəli aparan prinsipial, güclü və iradəli rəhbər assosiasiyası doğurur.

Sizin yüksək intellektual potensialınız, geniş təfəkkürünüz və dövlət idarəçiliyi sahəsində çoxillik təcrübəniz dinamik inkişaf edən müasir reallıq şəraitində optimal qərarlar qəbul etməyə imkan verir.

Sizin rəhbərliyinizlə həyata keçirilən strateji kurs Azərbaycanın beynəlxalq arenada nüfuzunun və rolunun durmadan yüksəldilməsinə yönəlib.

Ölkənin iqtisadi potensialının möhkəmlənməsi, insanların həyat keyfiyyətinin yaxşılaşdırılması Sizin Prezident vəzifəsində səmərəli işinizin dəyişməz prioritetləri olub və yenə də belədir.

Əminəm ki, Sizin qərarlar qəbul olunmasında və hər bir işdə nümayiş etdirdiyiniz siyasi iradə və müdriklik güclü və inkişaf etmiş dövlət yaratmağa, Müstəqil Dövlətlər Birliyi məkanında qarşılıqlı inteqrasiyanın möhkəmlənməsinə bundan sonra da kömək edəcək.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və çoxşaxəli dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.

21 dekabr, 22:21

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Qafqaz Xalqları Ali Dini Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadə və şuranın üzvləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik ediblər.

Məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

Zati-alinizi doğum gününüz münasibətilə bütün Qafqaz dindarları adından təbrik etməkdən şərəf duyuruq. Azərbaycan xalqı və dövləti, bölgənin mənafeyi naminə fəaliyyətinizdə, həmçinin dünya miqyasında dəyər kəsb edən səy və əməllərinizdə Sizə Uca Yaradandan uğurlar diləyirik.

Zati-aliləri, Siz Azərbaycan xalqının XXI əsrdə əvəzsiz liderisiniz. Uca mənəviyyat yoluna sadiq şəxsiyyət olaraq, Siz dövlət başçısı məqamında xalqın mənafe və maraqlarını illərlə ən yüksək səviyyədə müdafiə edərək misilsiz uğurlara imza atmağa nail olmuş siyasi lidersiniz. Şükürlər olsun ki, ildən-ilə artan nüfuzunuzla bizləri daha artıq dərəcədə sevindirirsiniz. Zati-alinizin zamanın çağırışlarına, dünyamızın ehtiyac duyduğu məramlara cavab verən ideyalar irəli sürmək qüdrəti və qətiyyəti biz qafqazlılara qürur bəxş edir.

Möhtərəm cənab Prezident, elan etdiyiniz istər Multikulturalizm, istər İslam Həmrəyliyi illəri, müəllifi olduğunuz “Bakı Prosesi”, habelə xeyir-duanızla uğurla fəaliyyətə başlamış Bakı Dinlər və Sivilizasiyalararası Beynəlxalq Əməkdaşlıq Mərkəzi ümumi, bəşəri məramlara xidmət edən səyləriniz sırasında önəmli yer tutur. Fəxrlə deyə bilərik ki, Azərbaycanın dünya miqyasında mədəniyyətlər, sivilizasiyalar, dinlər arasında dialoq prosesində bugünkü uğurları, aparıcı rolu Sizin siyasi iradə və qlobal təşəbbüslərinizdən qaynaqlanır. Biz, Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri Sizin müdrik qərar və təşəbbüslərinizin işığında bu ideyaları dünyanın nüfuzlu beynəlxalq tribunalarında təşviq edərkən irəli sürdüyünüz ideyaların mənəvi əzəmətinin həm müsəlmanlar, həm də qeyri-müsəlmanlar tərəfindən böyük ehtiram və dəstəklə qarşılandığının bilavasitə şahidi olur və bundan fəxarət duyuruq.

Zati-aliləri, dini və milli zəmində ekstremizmin, islamofobiya, antisemitizm, ksenofobiya təzahürlərinin tüğyan etdiyi bir vaxtda dünyanın ehtiyac duyduğu insan həmrəyliyinə aparan sülh və ədalət ideyalarının ətrafında cəm olmağa çağırmaqla, Siz dünyaya yeni siyasi mədəniyyət və uzaqgörənlik nümunəsi təqdim edirsiniz. Ümumbəşəri məramlara xidmət edən missiyanız sayəsində Azərbaycan dövləti dünyada gedən proseslərə özəl, dəyərli töhfələr verir.

Möhtərəm cənab Prezident, Azərbaycandakı din-dövlət münasibətlərinin yüksək səviyyəsinin təmini istiqamətində əməli addımlarınız, milli-mədəni irsin dirçəlişinə göstərdiyiniz maddi və mənəvi yardım nəinki ölkədə, Qafqaz bölgəsində, habelə dünyanın bir çox dövlətlərində dini abidələrə - məscidlərlə yanaşı, xristian və yəhudi dini məbədlərinə qayğı və himayəniz müdrik siyasətin nümunəsi kimi beynəlxalq aləmdə yüksək dəyərləndirilir.

Zati-aliləri, Sizin Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə görüşləriniz dəyərli ənənə şəklini almışdır. Bu görüşlərin, qardaşlıq ünsiyyətlərimizin hər biri bizim üçün unudulmaz olub, özəl dəyər kəsb edir. Zati-alinizin müdrik din-dövlət siyasəti sayəsində xalq-dövlət birliyi, mənəvi vəhdətə istinad edən multikultural Azərbaycan modeli uğurlu nümunə kimi bütün dünya, o cümlədən Qafqaz üçün təqdirəlayiqdir.

Möhtərəm cənab Prezident, biz, Qafqaz Xalqları Ali Dini Şurasında təmsil olunan müxtəlif dini konfessiyaların rəhbərləri bütün bölgə dindarlarının iradəsini ifadə edərək, Zati-alinizə doğum gününüz münasibətilə təbriklərimizi və dərin ehtiramımızı bildirir, Azərbaycan xalqının və dövlətçiliyinin tərəqqisi, bölgəmizin mənafeyi naminə gördüyünüz dəyərli işlərə Uca Yaradanımızdan rəvac diləyir, xeyir-dualarımızı bildiririk. Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ən xoş diləklərimizi qəbul edin. Uca Yaradan hər zaman yardımçınız olsun!

Qoy o bir olan Yaradan öz lütf və mərhəmətini hər zaman Azərbaycan xalqı və dövləti, bütün Qafqaz üzərində bərqərar etsin!”.

21.43

“Lukoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Siz, nadir siyasi uzaqgörənliyə, zəngin təcrübəyə və rəhbərlik istedadına malik olmaqla, həyatınızı dövlətə xidmətə, onun təsisatlarının təkmilləşdirilməsinə, iqtisadiyyatın inkişafı və sosial rifahın təmin olunmasına həsr etmisiniz. Sizin səylərinizlə ölkəyə xarici investisiyaların cəlb edilməsi üçün möhkəm təməl yaradılıb. Bu gün biz həmin çoxillik işin nəticələrini görürük, dünyada siyasi və iqtisadi vəziyyətin heç də sadə olmaması fonunda Azərbaycan davamlı irəliləyiş nümayiş etdirir.

İcazə verin, LUKOYL şirkətinin Azərbaycan Respublikasında fəaliyyətinə göstərdiyiniz daimi diqqət və dəstəyə görə Sizə dərin təşəkkürümü bildirim. Sizi əmin etmək istəyirəm ki, biz qarşımıza qoyulmuş bütün vəzifələri fəal surətdə yerinə yetirməkdə davam etməyə və birgə layihələr üzrə əməkdaşlığı inkişaf etdirməyə hazırıq.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz enerji, firavanlıq, əmin-amanlıq və Azərbaycanın rifahı naminə çoxşaxəli fəaliyyətinizdə yeni böyük uğurlar diləyirəm”.

21.00

Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan təbrik edirəm.

Rusiya Federasiyası ilə Azərbaycan Respublikasını bir-birinə bağlayan mehriban qonşuluq, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə Sizin sanballı şəxsi töhfənizi xüsusi qeyd etmək istəyirəm. Qarşılıqlı ticari-iqtisadi və investisiya əlaqələri durmadan inkişaf edir, energetika, sənaye, infrastruktur, elm və mədəniyyət sahələrində perspektivli birgə layihələr həyata keçirilir.

Əminəm ki, praktiki kooperasiyanın daha da genişlənməsi, qarşılıqlı faydalı yeni təşəbbüslərin inkişaf etdirilməsi hər iki ölkənin maraqlarına tamamilə uyğundur.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzu edirəm”.

19.40

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

Təbrik məktubunda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikasının Prezidenti vəzifəsində çoxşaxəli fəaliyyətiniz Sizə, haqlı olaraq, həm öz ölkənizdə, həm də onun hüdudlarından uzaqlarda hörmət qazandırıb.

Birgə səylərimiz sayəsində biz ölkələrimizin qarşılıqlı faydalı münasibətlərində nəzərəçarpacaq nəticələrə nail olmuşuq.

Fürsətdən istifadə edib əmin olduğumu bildirirəm ki, Tacikistan ilə Azərbaycan arasında dostluq və qarşılıqlı anlaşma ənənələrinə əsaslanan çoxşaxəli əməkdaşlıq münasibətləri xalqlarımızın köklü mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənəcək və inkişaf edəcək.

Əziz dostum, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, qardaş Azərbaycanın çiçəklənməsi naminə ali dövləti fəaliyyətinizdə böyük uğurlar arzu edirəm”.

17.53

Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Təbrik mətnində deyilir:  

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm və ən xoş arzularımı bildirirəm.

Əsrlər boyu dilimizin və dinimizin, dəyərlərimizin, ənənələrimizin və mədəniyyətlərimizin ümumiliyi sayəsində birləşən xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsinə Sizin sanballı töhfənizi yüksək qiymətləndirirəm.

Məmnuniyyətlə vurğulamaq istəyirəm ki, son illərdə Özbəkistanla Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlığa, etimada və hörmətə əsaslanan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə ardıcıl olaraq inkişaf edir.

Əminəm ki, qarşıdakı yüksək səviyyəli səfərlər mübadiləsi və səmərəli danışıqlar bizim əməkdaşlığı məzmunca zənginləşdirəcək və yüksək səviyyəyə çatdıracaq.

Hörmətli İlham Heydər oğlu, icazə verin bu fərəhli gündə Sizə uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, habelə ölkənizin firavanlığının və inkişafının təmin edilməsinə yönəlmiş fədakar və genişmiqyaslı fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzularımı bildirim”.

16:59

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Təbrik mətnində deyilir:  

“Zati-aliləri, hörmətli Prezidentimiz.

Doğum gününüz münasibətilə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırıram.

Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycanın rifahı naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Zati-alinizi doğum gününüz münasibətilə bir daha təbrik edir və ən dərin ehtiramlarımı çatdırıram”.

16:56

Almaniyanın “S.A.T. Security and Transport” şirkətinin rəhbəri Konrad Szorq Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Təbrik mətnində deyilir:  

“Hörmətli cənab Prezident.

Ad gününüz münasibətilə Sizi təbrik edirəm. Sizə, ailənizə, dostlarınıza möhkəm cansağlığı, xoşbəxtlik diləyirəm.

Ötən illər ərzində etdiyimiz uğurlu əməkdaşlıqdan, Sizi və ailənizi tanımaq fürsətini əldə etməkdən böyük məmnuniyyət və şərəf duyuruq.

Xahiş edirəm qarşıdan gələn Yeni il münasibətilə təbriklərimizi qəbul edin.

Bu fürsətdən istifadə edərək, “S.A.T. Security and Transport” şirkətinin adından və şəxsən öz adımdan Sizə dövlət başçısı kimi ölkənizin gələcək mənafeyi və tərəqqisi naminə məsul vəzifənizin icrasında yeni-yeni uğurlar arzu edirəm”.

16:54

Rusiyanın Stavropol diyarının dördüncü çağırış Dumasının deputatı, “SRV” hüquq agentliyi” ASC-nin baş direktoru Roman SaviçevAzərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Təbrik mətnində deyilir:  

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Hər bir insanın həyatında bu əlamətdar gün illər boyu qazanılmış müdrikliyin, peşəkarlığın, qiymətli biliklərin və əzmkarlığın, iş qabiliyyətinin və öz gücünə inamın təcəssümüdür.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, bütün niyyətlərinizi həyata keçirmək üçün tükənməz fiziki və mənəvi qüvvə arzu edirəm. Qoy bütün işləriniz uğurlu olsun, nikbinlik və xoş əhval-ruhiyyə Sizi heç vaxt tərk etməsin, hər yeni gün Sizə əmin-amanlıq, harmoniya və xoşbəxtlik bəxş etsin!”

16:50

Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Alimovdan Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Təbrik mətnində deyilir:  

“Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Bu gün Azərbaycan Sizin müdrik rəhbərliyinizlə cəmiyyətin həyatının bütün sahələrinin müasirləşdirilməsi yolunda ardıcıl və dinamik surətdə irəliləyir. Sizin zəngin siyasi təcrübəniz və yüksək peşəkarlığınız Azərbaycan xalqının rifahının yüksəldilməsi naminə mürəkkəb məsələləri qətiyyətlə və ardıcıl olaraq həll etməyə imkan verir. Sizin dünya miqyasında yeritdiyiniz uzaqgörən və praqmatik siyasətiniz, ölkənin milli mənafelərini qətiyyətlə qorumaq və müdafiə etməkdə xüsusi bacarığınız sayəsində Azərbaycan regional və beynəlxalq gündəlikdə olan ən mühüm məsələlərin həllində fəal rol oynayır.

2018-ci il dekabrın 31-də mənim Baş katib vəzifəsində səlahiyyət müddətim başa çatır. Bununla əlaqədar, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) işlərinə daimi və səmimi diqqətinizə görə Sizə ürəkdən minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətində iştirakı mühüm regional və beynəlxalq problemlər üzrə Bakı ilə ŞƏT arasında konstruktiv əməkdaşlığın təşəkkülü və inkişafı üçün geniş imkanlar açacaq.

İcazə verin, fürsətdən istifadə edərək Sizə qarşıdan gələn yeni, 2019-cu il münasibətilə təbriklərimi, möhkəm cansağlığı və Azərbaycan Respublikasının rifahı naminə daha böyük nailiyyətlər arzularımı bildirim”.

14:44

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Vladimir VasilyevAzərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Təbrik mətnində deyilir:  

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Siz uğurlara imza atmış bir dövlət xadimi kimi Azərbaycan Respublikasında sabitliyin və firavanlığın qarantısınız.

Sizin müdrikliyiniz, uzaqgörənliyiniz və geniş dünyagörüşünüz sayəsində bu gün Azərbaycan Respublikası dinamik inkişaf edən bir dövlətdir.

Əminəm ki, Rusiya Federasiyasının Dağıstan Respublikası ilə Azərbaycan Respublikası arasında çoxəsrlik dostluq tellərinə və qarşılıqlı hörmətə əsaslanan səmimi və mehriban qonşuluq münasibətləri xalqlarımızın mənafeyi naminə bundan sonra da genişlənəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq, Azərbaycan Respublikasının rifahı naminə qarşıya qoyduğunuz məqsədlərə nail olmaqda yeni uğurlar diləyirəm”.

14:35

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir: 

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Əminəm ki, Sizin ali dövləti fəaliyyət sahəsində çoxillik təcrübəniz, xalqınızın rifahının yaxşılaşdırılmasına yönəlmiş gərgin səyləriniz bundan sonra da Azərbaycanın firavanlaşmasına və davamlı inkişafına sanballı töhfə verməkdə davam edəcək.

İnanıram ki, Astana ilə Bakı arasında çoxəsrlik ənənəvi dostluq münasibətləri qardaşcasına strateji tərəfdaşlıq əsasında, habelə ölkələrimizin xalqlarının rifahı naminə bundan sonra da dinamik şəkildə inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, tükənməz enerji, məsul dövləti vəzifənizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm”.

20 dekabr, 17:46

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir: 

“Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Bu gün qardaş Azərbaycan Sizin müdrik rəhbərliyinizlə həyatın bütün sahələrində tərəqqi və inkişaf yolunda inamla irəliləyir. Ölkənin daxili və xarici siyasətindəki inamlı uğurlar Sizin adınızla ayrılmaz surətdə bağlıdır.

Böyük məmnuniyyətlə vurğulamaq istəyirəm ki, hazırda Türkmənistan ilə Azərbaycan Respublikası arasında münasibətlər yeni məzmun kəsb etməkdədir. Bu yaxınlarda Sizin Türkmənistana rəsmi səfəriniz qardaş xalqlarımız arasında dostluq tellərinin möhkəmlənməsi, ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlığının dərinləşməsi yolunda mühüm mərhələ oldu. Qəti əminəm ki, bizim birgə səylərimizlə Türkmənistan-Azərbaycan qarşılıqlı əlaqələri xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, habelə qardaş Azərbaycan Respublikası xalqının rifahı naminə bütün təşəbbüslərinizdə və səylərinizdə yeni uğurlar arzulayıram”.

17:27

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Son illər ərzində Çin-Azərbaycan münasibətləri dinamik inkişaf tendensiyasını qoruyub saxlayır. İki ölkə arasında əlaqələr bütün sahələrdə inkişaf edir, “Bir kəmər – bir yol”un birgə inşası çərçivəsində əməkdaşlıq müvəffəqiyyətlə davam edir.

Mən Çin-Azərbaycan münasibətlərinə böyük diqqət yetirirəm. Ölkələrimiz və xalqlarımız naminə Çin-Azərbaycan dostluq, əməkdaşlıq münasibətlərində yeni-yeni uğurlar əldə edilməsi üçün Sizinlə birgə səylərimi davam etdirməyə hazıram.

Sizə möhkəm cansağlığı arzulayıram”.

17:19

Ukrayna prezidenti Petro Poroşenko Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə doğum günü münasibəti ilə təbrik məktubu ünvanlayıb.

 Təbrik mətnində deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Uzaqgörən siyasətiniz və həyata keçirdiyiniz mühüm işlər sayəsində Azərbaycan qlobal miqyasda milli maraqlarını müdafiə edərək güclü regional liderə çevrilmiş, beynəlxalq arenada önəmli yer tutmuşdur.

Qeyd etmək istərdim ki, Azərbaycan Ukrayna üçün etibarlı strateji tərəfdaş olaraq qalır. Əminəm ki, Ukrayna-Azərbaycan əməkdaşlığı gələcəkdə də yüksək dinamikası, eləcə də dövlətlərimiz və xalqlarımız arasında qarşılıqlı əlaqələrin dərinləşməsi ilə xarakterizə ediləcəkdir.

İnanıram ki, iki ölkənin çoxtərəfli təşəbbüs və layihələr çərçivəsində səylərinin birləşdirilməsi Ukraynanın və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün bərpasına təsir edəcəkdir.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm”.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ