SON DƏQİQƏ

Binəli Yıldırım TÜRKPA Katibliyində - Foto

Tarix:

29-08-2018, 19:59

/ 10 345 dəfə oxundu.
Binəli Yıldırım TÜRKPA Katibliyində - Foto

Avqustun 29-da Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım və Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov birgə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) inzibati binasında olublar.

GunAz.az xəbər verir ki, Türkiyə parlamentinin sədrinə katibliyin fəaliyyəti və binada yaradılan şəraitlə bağlı ətraflı məlumat verilib. Qeyd edilib ki, ildən-ilə fəaliyyətini genişləndirən, beynəlxalq əlaqələrini gücləndirən TÜRKPA-nın katibliyinin yeni inzibati binasında bütün lazımi şərait yaradılıb.

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım binanın həyətində ağac əkib.

Sonra keçirilən görüşdə Assambleya çərçivəsində əməkdaşlıq məsələləri və qurumun gələcək fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.

 

Binəli Yıldırım TÜRKPA Katibliyində - Foto

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ