SON DƏQİQƏ
» » Rusiya Azərbaycanla bağlı layihəni təsdiqlədi

Rusiya Azərbaycanla bağlı layihəni təsdiqlədi

Tarix:

2-08-2018, 11:03

/ 10 288 dəfə oxundu.
Rusiya Azərbaycanla bağlı layihəni təsdiqlədi

Rusiya Federasiyası hökuməti Xəzəryanı ölkələrin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında saziş layihəsini təsdiqləyib.

Report xəbər verir ki, bu barədə Baş nazir Dmitri Medvedyevin sərəncamında deyilir.

Sərəncamda Rusiya Nəqliyyat Nazirliyinə Rusiya Xarici İşlər Nazirliyinin iştirakı ilə Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan tərəfləri ilə danışıqlar aparmaq və razılaşmalar əsasında sazişlər bağlamaq üçün təlimat verilib.

Təqdimat qeydinə əsasən, gələcək razılaşmaların məqsədi Xəzər dənizi regionunun inkişaf etmiş infrastrukturlu və beynəlxalq daşınmalarda yüksək səviyyəli qarşılıqlı əlaqəli böyük beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi formalaşdırılması və inkişaf etdirilməsidir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ