SON DƏQİQƏ
» » Azərbaycan, Rusiya və İran arasında bəyanat imzalandı

Azərbaycan, Rusiya və İran arasında bəyanat imzalandı

Tarix:

1-11-2017, 22:36

/ 1 321 dəfə oxundu.
Azərbaycan, Rusiya və İran arasında bəyanat imzalandı

Rəsmi Moskva, Bakı və Tehran yüksək səviyyəli görüş nəticəsində beynəlxalq enerji arenalarında birgə fəaliyyəti dərinləşdirmək və neft-qaz sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.

Gunaz.az"RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə üç ölkə prezidenti - Vladimir Putin, İlham Əliyev və Həsən Ruhani tərəfindən imzalanan yekun bəyanatda deyilir.

"Tərəflər regional və dünya enerji bazarlarının davamlı fəaliyyət göstərməsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və İran İslam Respublikasının aparıcı rolunu qeyd edir, neft-qaz və neft-kimya sahələrində əməkdaşılığın genişləndirilməsini, o cümlədən neft-qaz mədənlərin kəşfiyyatı və inkişafını, xam neft və neft məhsulların daşınmasını və svop tədarükünün və beynəlxalq enerji arenalarda birgə fəaliyyəti dərinləşdirilməsini dəstəkləyir", - deyə sənəddə bildirilir.

Tərəflər həmçinin üç ölkənin elektrik şəbəkələrinin birləşdirilməsi layihəsini və elektirk enerjisinin ticarətinə dair razılaşmaları dəstəkləyir. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ