SON DƏQİQƏ

Məmmədyarov Norveç səfirini qəbul edib

Tarix:

28-06-2018, 18:38

/ 10 296 dəfə oxundu.
Məmmədyarov Norveç səfirini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Norveç Krallığının Azərbaycandakı səfiri Bard İvar Svendseni diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
XİN-dən GunAz.az-a verilən məlumata görə, görüş zamanı enerji sahəsində iki ölkə arasında etibarlı tərəfdaşlıq yüksək qiymətləndirilib.

Səfir Bard İvar Svendsen diplomatik fəaliyyətinin həyata keçirilməsi üçün göstərilmiş dəstəyə görə Azərbaycan Respublikasına təşəkkür edib.

E.Məmmədyarov Bard İvar Svendsenə gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ