SON DƏQİQƏ
» » Efiopiyanın prezidenti İlham Əliyevi təbrik etdi

Efiopiyanın prezidenti İlham Əliyevi təbrik etdi

Tarix:

4-06-2018, 15:39

/ 10 314 dəfə oxundu.
Efiopiyanın prezidenti İlham Əliyevi təbrik etdi

Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Mulatu Teşome Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Gunaz.az  xəbər verir ki,  təbrik mətnində deyilir:  

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Efiopiya Federativ Demokratik Respublikasının xalqı, hökuməti adından və şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaq istərdim.

Şübhəsiz ki, Sizin yenidən Prezident seçilməyiniz qardaş ölkələrimiz arasında ikitərəfli münasibətləri daha da gücləndirəcək.

Mən Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram."

скачать dle 12.1

Şərhlər