SON DƏQİQƏ
» » Məmmədyarovla Lavrov arasında QARABAĞ MÜZAKİRƏSİ

Məmmədyarovla Lavrov arasında QARABAĞ MÜZAKİRƏSİ

Tarix:

27-04-2018, 13:58

/ 10 348 dəfə oxundu.
Məmmədyarovla Lavrov arasında QARABAĞ MÜZAKİRƏSİ

Qarşı tərəfin təklifi əsasında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov arasında telefon danışığı olub.

Bunu Gunaz.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Məlumata görə, nazirlər Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərini, Xəzər dənizinin hüquqi statusuna dair konvensiya və Xəzəryanı dövlətlərin qarşıdan gələn V sammitinə hazırlıq məsələlərini, həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqları müzakirə ediblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ