SON DƏQİQƏ

Eks prezident səs verdi

Tarix:

11-04-2018, 12:54

/ 10 382 dəfə oxundu.
Eks prezident səs verdi

Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov prezident seçkilərində səs verib.

Gunaz.az-ın  Report-a istinadən verdiyi   məlumatına görə, eks-prezident 17 saylı Yasamal üçüncü seçki dairəsinin 26 saylı məntəqəsinə gələrək səsvermə hüququndan istifadə edib.

A.Mütəllibov məntəqəyə həyat yoldaşı Ədilə Mütəllibova ilə birlikdə gəlib. Onlar məntəqəyə daxil olduqdan sonra barmaqlarına mürəkkəb vurulub. Sonra A.Mütəllibov və həyat yoldaşı seçki bülletenlərini götürərək səsveriblər. 

Keçmiş prezident deyib ki, vətəndaşların sərbəst səsvermələri üçün lazımı şərait yaradılıb: "Məntəqədə olduğum müddətdə gördüklərimə əsasən deyə bilərəm ki, seçkidə fəallıq müşahidə olunur. Seçicilər öz iradələrini sərbəst formada ifadə edirlər". 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ