SON DƏQİQƏ

Putinə 56 milyondan çox insan səs verib

Tarix:

19-03-2018, 13:51

/ 10 290 dəfə oxundu.
Putinə 56 milyondan çox insan səs verib

Rusiyada səsvermə bülletenlərinin 99,84%-i artıq hesablanıb.

Gunaz.az xəbər verir ki, hazırkı prezident Vladimir Putinin lehinə 76,66% və ya 56 milyon 206 min 514 nəfər səs verib. 
"Seçkilər maksimal şəkildə açıq olub və seçkilərin gedişi ilə maraqlanan istənilən şəxsin müşahidə aparması üçün müxtəlif imkanları var idi”, - deyə Rusiya MSK-nın rəhbəri E.Pamfilova bildirib. 
O, qeyd edib ki, ümumilikdə seçki məntəqələrində 474,5 min müşahidəçi və 10,5 min KİV nümayəndəsi olub. Bu da orta hesabla hər seçki məntəqəsinə 6-7 müşahidəçi deməkdir.

Qeyd edək ki, ötən gün Rusiyada keçirilən prezident seçkilərində 73 milyon seçici iştirak edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ