SON DƏQİQƏ
» » Rusiyada prezident seçkiləri üzrə səsvermə başladı

Rusiyada prezident seçkiləri üzrə səsvermə başladı

Tarix:

18-03-2018, 08:40

/ 10 452 dəfə oxundu.
Rusiyada prezident seçkiləri üzrə səsvermə başladı

Rusiyada prezident seçkiləri üzrə səsverməyə start verilib.

Gunaz.az "RİA Novosti"yə istinadən xəbər verir ki, seçki məntəqələri ilk olaraq Çukot Muxtar Dairəsi və Kamçatka diyarında açılıb.

Səsvermə yerli vaxtla 8:00-dan 20:00-dək keçirilir.

Ümumilikdə 97 mindən çox seçki məntəqəsi açılıb, onlardan 400-dən çoxu xaricdədir.

Səsvermə prosedurunu dünyanın 109 ölkəsindən təqribən 1500 beynəlxalq müşahidəçi izləyəcək.

Rusiya prezidenti postuna 8 namizəd iddia edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ