Azərbaycan Gürcüstan üçün xüsusi strateji tərəfdaşdır.
Gunaz.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Azərbaycan prezidenti İlham Əliyevlə Bakıda baş tutan görüşü zamanı deyib.
Gürcüstanın baş naziri Azərbaycana səfərinin önəmindən danışıb:
“Azərbaycan və Gürcüstanın xüsusi strateji tərəfdaş olduğunu nəzərə alaraq, Azərbaycana səfər bizim üçün həmişə xüsusi hadisədir. Ölkələrimiz arasında iqtisadi münasibətlərin dirçəliş yolunda olmasına görə çox şadıq”.
Giorgi qarşılanmaya görə İlham Əliyevə təşəkkür edib və qlobal layihələrdə Gürcüstanın hər zaman Azərbaycanı dəstəklədiyini qeyd edib.