Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədri, Prezident İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiq olunması məsələsi müzakirə olunub.
Gunaz.az-ın Report-a istinadən xəbərinə görə, bununla bağlı MSK-nın katibi Arifə Muxtarova məlumat verib. O, namizədlə bağlı məlumatları MSK üzvlərinin diqqətinə çatdırıb.
Sonra məsələ səsverməyə çıxarılaraq təsdiqlənib. Beləlikə, Prezident İlham Əliyevin aprelin 11-nə təyin edilən Prezident seçkilərində namizədliyinin irəli sürülməsi təsdiq olunub.