SON DƏQİQƏ

Putin bu gün Mahmud Abbasla görüşəcək

Tarix:

12-02-2018, 07:31

/ 1 613 dəfə oxundu.
Putin bu gün Mahmud Abbasla görüşəcək

Rusiya prezidenti Vladimir Putin fevralın 12-də Moskvada Fələstin lideri Mahmud Abbasla görüşəcək.  

Gunaz.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, fevralın 11-də Soçidə keçiriləcəyi gözlənilən görüşün vaxtı və yeri təyyarə qəzası səbəbindən  dəyişdirilib.  

Fələstin liderinin xarici siyasət məsələləri üzrə müşaviri Nabil Şaas bildirib ki, görüşün əsas mövzusunun İsrail-Fələstin nizamlanmasının yeni çoxtərəfli formatının yaradılması məsələsi olacağı gözlənilir.  

Onun sözlərinə görə, görüşdə həmçinin Fələstinə iqtisadi dəstəyin genişləndirilməsi məsələsi müzakirə ediləcəyi planlaşdırılır.

скачать dle 12.1

Şərhlər