SON DƏQİQƏ

Bu hadisəni Bakıdan elan edirik - Ərdoğan

Tarix:

30-10-2017, 14:51

/ 1 688 dəfə oxundu.
Bu hadisəni Bakıdan elan edirik - Ərdoğan

Bakı-Tiflis-Qars (BTQ) dəmiryolu xətti ölkələr arasında iqtisadi və digər sahələrdə əlaqələrin möhkəmlənməsinə və genişlənməsinə müsbət təsir göstərəcək.

Report xəbər verir ki, bunu BTQ-nin Bakıda keçirilən rəsmi açılış mərasimində çıxış edən Özbəkistanın baş naziri Abdulla Aripov deyib.

Türkiyənin baş naziri Binəli Yıldırım isə göndərdiyi məktubda bildirib ki, BTQ təkcə iqtisadi deyil, həm də mədəni əlaqələrin möhkəmlənməsi üçün stimul olacaq.

Daha sonra isə mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

R.T.Ərdoğan deyib ki, BTQ-nin açılış mərasimində iştirak etməkdən məmnundur: “BTQ-nin işə düşməsi ilə Orta dəhliz layihəsinin əsas hissəsi tamamlanır. Beləliklə, Londondan Çinə kəsintisiz dəmiryolu bağlantısının qurulduğunu elan edirik”.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ