SON DƏQİQƏ
» » Zəngəzur layihəsi işə düşür – Yeni mərhələ elan edildi

Zəngəzur layihəsi işə düşür – Yeni mərhələ elan edildi

Tarix:

1-06-2026, 08:16

/ 3 829 dəfə oxundu.
Zəngəzur layihəsi işə düşür – Yeni mərhələ elan edildi

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan, ABŞ və Azərbaycanın TRIPP (Zəngəzur) layihəsinin icra mərhələsinə keçdiyini bəyan edib.
GunAz.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, ABŞ dövlət katibi Marko Rubionun səfəri Ermənistanın daxili siyasi gündəmi baxımından rezonans doğurub.
Baş nazir bildirib ki, ABŞ Cənubi Qafqazın tranzit dəhlizinə çevrilməsində maraqlıdır. Onun sözlərinə görə, planlara dəmir yolunun açılması və Şirak, Lori və Tavuş vilayətlərindən keçəcək ödənişli avtomobil yolunun tikintisi də daxildir.
Paşinyan qeyd edib ki, layihə çərçivəsində nəqliyyat və logistika imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
скачать dle 12.1

Şərhlər