SON DƏQİQƏ

Neymət Pənahlı İrana gedir?-VİDEO

Tarix:

2-03-2026, 21:07

/ 3 842 dəfə oxundu.
Neymət Pənahlı İrana gedir?-VİDEO

Media Türk TV internet televiziyasına müsahibə verən ictimai-siyasi fəal Neymət Pənahlı Güney Azərbaycana səfər etmək niyyətində olduğunu bildirib.

GunAz.az xəbər verir ki, Neymət Pənahlı bildirib ki, bütün çətinliklərə baxmayaraq bu qərarından geri çəkilməyəcək.

“Ölüm də olsa, Güneyə gedəcəyəm.”

Neymət Pənahlı qeyd edib ki, Güney Azərbaycan məsələsi onun üçün prinsipial mövzudur və bu istiqamətdə mövqeyini açıq şəkildə ifadə etməyə davam edəcək. O, səfərin məqsədinin milli-mədəni əlaqələr və şəxsi mövqeyini yerində ifadə etmək olduğunu vurğulayıb.

Hazırda səfərin konkret tarixi və rəsmi detalları açıqlanmayıb.

Məsələ ilə bağlı əlavə məlumat olduqca ictimaiyyətə təqdim ediləcəyi bildirilib.

скачать dle 12.1

Şərhlər